Bakıda nazirlik əməkdaşı yıxılaraq ağır xəsarət alıb

Gecə saatlarında Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 45 ünvanında yaşayan 44 yaşlı Yeganə İsmayılova yaşadığı mənzildə yıxılıb və onun qarın nahiyəsinə dəmir batıb. Yaralı dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılıb. Həkimlər Yeganə İsmayılovaya qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Yaralı qadın vəziyyəti ağır olduğu üçün əməliyyat olunub. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat verilib. Polis əməkdaşları Yeganə İsmayılovanın hansı şəraitdə xəsarət aldığını araşdırır.
Qeyd edək ki, naməlum şəraitdə xəsarət alan Yeganə İsmayılova nazirliklərdən birinin əməkdaşıdır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























