• $
  • €
  • ₽
  • ₺
  • £

Yerli çayın kiloqramı 80 manatadır

Yerli çayın kiloqramı 80 manatadır
20.09.2015 10:30
ANS TV-nin məlumatına görə, Lənkəranda sahələrdə 9-cu yığım aparılır. Havalar quraq keçsə də, fermerlər nəticələrdən narazı görünmür, Ötən illərlə müqayisədə məhsuldarlıqda 40-50% artım olduğunu deyirlər. 10 h məhsuldar çay sahəsindən 25 ton məhsul tədarük edən Fərman Quliyev belə yüksək nəticəyə aqrotexniki qulluq sayəsində nail olub:

"Çay bitkisi intensiv bitki olduğuna görə ona yüksək dərəcədə xidmət, suvarma, gübrələmə, becərilməsi, kultivasiya verilməsi, yığım qaydalarına düzgün əməl edilməsi məsələni həll edir. Düzgün qulluq işləri, düzgün plantasiya salınması, düzgün xidmət işləri məhsuldarlığı artırır”.

Bu il çayın tədarük və satınalma qiymətlərində dəyişiklik yoxdur. Növündən və keyfiyyətindən asılı olaraq 1 kq yaşıl çay yarpağı emal müəssisələrinə 80 qəpik-1 manata təhvil verilir. Tədarük qiymətinin artmaması səbəbindən istehsal olunan çayın satış qiyməti də sabit qalıb.

Emal üzrə mütəxəssis Rəşid Quliyev bildirib ki, ümumiyyətlə, çay istehsalında belə bir qayda var ki, emal olunan çayın yalnız 20% yüksək keyfiyyətli hesab olunur. 50% orta keyfiyyətli, 20% aşağı keyfiyyətli çaydır. Bu gün respublikada mövcud olan çay emalı müəssisələrinə yeni avadanlıqların gətirilməsi, emal texnologiyanın yeniləşdirilməsi, yeni texnoloji parametrlərdən istifadə olunması imkan verəcək ki, daha yüksək keyfiyyətli yerli çay istehsal edək.

Çay emalı müəssisələrinin yenidən qurulması yerli çayın qiymətinin aşağı düşməsinə imkan verəcək. Hazırda isə daxili bazarda yerli çay ekoloji təmizliyinə, dad xususiyyətlərinə görə xarici məhsuldan baha qiymətə satılır. Yerli çayın 1kq-nın qiyməti keyfiyyətindən asılı olaraq 15-80 manat arasında dəyişir.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol