• $
  • €
  • ₽
  • ₺
  • £

Son 3 gündə Azərbaycanda 4 zəlzələ baş verib

Son 3 gündə Azərbaycanda 4 zəlzələ baş verib
21.09.2015 09:24
Ötən 3 gün ərzində Azərbaycanın müxtəlif yerlərində 4 yeraltı təkan qeydə alınıb.
 
ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, ilk zəlzələ sentyabrın 17-də Şirvan şəhərində baş verib. Yerli vaxtla səhər saat 03.54-də baş vermiş zəlzələnin şiddəti 3.1 bal gücündə olub. Şirvandan 11 km şərqdə baş vermiş zəlzələ yerin 17 km dərinliyində qeydə alınıb.

Növbəti zəlzələ Gəncə şəhərində baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar sentyabrın 17-də saat 21.55-də qeydə alınıb. Gəncə şəhərindən 38 km cənub-qərbdə baş vermiş zəlzələnin şiddəti 3.4 bal gücündə olub. Zəlzələ yerin 10 km dərinliyində qeydə alınıb.

Növbəti iki zəlzələ isə Xəzər dənizinin Azərbaycan massivində baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə zəlzələlərdən biri sentyabrın 19-da saat 23.30-da baş verib. 69 km dərinlikdə qeydə alınan zəlzələnin şiddəti 3.3 bal gücündə olub. Xəzər dənizində daha bir zəlzələ sentyabrın 20-də baş verib. Yerli vaxtla gündüz saat 11.38-də baş vermiş zəlzələnin şiddəti 3.0 bal gücündə olub. Yeraltı təkanlar 63 km dərinlikdə qeydə alınıb.

Bundan əvvəl isə ikisi Oğuz rayonunda, biri Şəkidə olmaqla sentyabrın 4-də 3 zəlzələ baş vermişdi. Şəkidə baş verən və 5.9 bal gücündə qeydə alınan zəlzələ ətraf rayonlarda da hiss olunmuşdu. Zəlzələ nəticəsində Şəkidəki bəzi tarixi tikililərdə dağıntı baş vermişdi. Göyçayda isə bir nəfər suquyusuna düşərək dünyasını dəyişmişdi.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol