• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Ekskursiya Bürosu yaradılır

Azərbaycanda Ekskursiya Bürosu yaradılır
25.09.2015 09:48
Azərbaycanda turizm sahəsi üçün bələdçilər hazırlayacaq yeni qurum - Ekskursiya Bürosu fəaliyyətə başlayacaq.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Assosiasiya sədrinin sözlərinə görə, artıq oktyabrın ortalarından Ekskursiya Bürosunun fəaliyyətə başlaması nəzərdə tutulur.

Ekskursiya Bürosunun AzTA-nın tərkibində yaradılması nəzərdə tutulur. Büro tərəfindən təlim keçilməklə bələdçi olmaq istəyənlərə həm nəzəri, həm də praktiki biliklər öyrədiləcək. Təlimlər bələdçilərə peşəkarlar tərəfindən bır çox kriteriyalar nəzərə alınmaqla keçiriləcək.

Təlim kurslarının minimum 2 ay davam etməsi planlaşdırılır. Kursu keçdikdən sonra bələdçiyə sertifikatın verilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə müraciət ediləcək: 
"Kursları bitirdikdən sonra fəaliyyət göstərmək üçün imtahan verib sertifikat alınmalıdır. Sertifikatsız fəaliyyət göstərmək mümkün olmayacaq. Artıq 20-yə yaxın şəxs kurslarda iştirak etmək üçün müraciət edib. Çox sevindirici haldır ki, onların çoxu gənc, intellektual insanlardır”.

Azərbaycanda belə bir büronun yaradılmasına ehtiyacın olduğunu deyən N.Bağırov bildirib ki, hazırda ölkədə bələdçilərin sayı çox azdır. Buna görə də turizm sahəsində bununla bağlı müəyyən problemlər yaranır, ölkəyə gələn turistlər bələçilərin olmamasından əziyyət çəkirlər.

N.Bağırov bildirib ki, büronu yaratmaqla qarşıya qoyulan məqsədlərdən biri bələdçilərin sayını artırmaq, eyni zamanda onların göstərdikləri xidmətlərin səviyyəsini yüksəltməkdir: 

"Niyyətimiz müxtəlif dilləri bilən, peşəkar bələdçilər yetişdirməkdir. Fikrimcə, bu, Azərbaycanda bələdçilik sahəsinin inkişafına böyük təkan verəcək”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol