• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı YDM-də DƏYİŞİKLİK

Bakıdakı YDM-də DƏYİŞİKLİK
27.09.2015 14:30
Azərbaycan Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakının bir neçə küçə və prospektlərində, nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə yollarda bir sıra təkliflər hazırlayıb.

"Qafqazinfo”nun oxu.az-a istinadən məlumatına görə, Bakı şəhəri ərazisində yerləşən bir çox yanacaqdoldurma məntəqələri (YDM) və digər obyektlərdən, nəqliyyat vasitələrinin giriş-çıxış hissələrinin kənarları itibucaq formasında olduğu üçün avtomobillər giriş və çıxış etdikləri zaman geniş manevr edirlər ki, bu da yolun iki hərəkət zolağından birinin anidən tutulmasına, eləcə də hərəkətdə olan və arxadan gələn digər nəqliyyat vasitələrinin sərbəst hərəkət etməsinə maneə yaradır.

Nümunə üçün, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində, hər iki kənar köməkçi yolda "Azpetrol” YDM-də və eləcə də "Asan” xidmətin binasının qarşısındakı avtobus marşrutlarının dayanacağı üçün salınmış cibdə analoji hal yaşandığından, yol-nəqliyyat hadisəsinin baş verməməsi və tıxac hallarının yaranmaması üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən əraziyə baxış keçirilmiş, yolun hərəkət hissəsinin ölçüləri və qeyd olunan istiqamətlərdən istifadə edən nəqliyyat vasitələrinin sayı götürülüb.

Heydər Əliyev prospekti, sağ kənar köməkçi yol, şəhərin mərkəzi istiqamətində, "Azpetrol” YDMdən çıxış üçün salınmış yolun eni 10,5 metr, yolun hərəkət hissəsinin eni isə 7,2 metr, hərəkətdə olan ortalama nəqliyyat vasitələrinin sayı 41941 avt/gün təşkil edir. Qarşı tərəf isə Heydər Əliyev prospekti, sağ kənar köməkçi yol, "Koroğlu” metro stansiyası istiqamətində "Azpetrol” YDM-dən çıxış üçün salınmış yolun eni 8 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr, hərəkətdə olan ortalama nəqliyyat vasitələrinin sayı isə 35 325 avt/gün təşkil edir.


Yuxarıda qeyd edilənlərə və aparılan araşdırmalara uyğun olaraq, Bakı şəhəri ərazisində yerləşən bir çox YDM-dən və digər obyektlərdən, eləcə də Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospektində, hər iki kənar köməkçi yolda yerləşən "Azpetrol” YDM və "Asan” xidmətin binasının qarşısındakı avtobus marşrutlarının dayanacağı üçün salınmış cibdən giriş-çıxış üçün yolun kənarlarının sxemdə göstərildiyi qaydada ovalşəkilli edilməsi təklif edilir.
 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol