Azərbaycanda 2-ci qrup əlil kollektora düşüb

Salyanda 35 yaşlı 2-ci qrup əlil yol gedərkən kollektora düşüb.
"Report" xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qızılağac kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1980-ci il təvəllüdlü Bəhruz Əsədov kollektorun yanından keçərkən müvazinətini itirərək suya düşüb. B.Əsədovun boğulduğunu görən ətrafdakı adamlar onun həyatını xilas edib və Salyan rayon mərkəzi xəstəxanasına çatdırıblar. Xəstə ilk tibbi yardım aldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyətinin orta ağır olduğu bildirilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























