• $
  • €
  • ₽
  • ₺
  • £

Dilçilik İnstitutu: Radiolarda dil qaydaları bərbad vəziyyətdədir

Dilçilik İnstitutu: Radiolarda dil qaydaları bərbad vəziyyətdədir
28.05.2020 19:13
"Radiolarda məişət dilindən istifadə olunur"

Bakı. Fərid Mirzəyev - APA. "Azərbaycanda fəaliyyət göstərən radiolarda dil qaydaları ilə bağlı problemlər həddindən artıq çoxdur, dil qaydaları bərbad vəziyyətdədir. Açıq şəkildə demək lazımdır ki, radiolarda məişət dilindən istifadə olunur”.
 
Bunu APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədov deyib.
 
O, bildirib ki, hazırda Dilçilik İnstitutunun əməkdaşları televiziya kanallarının monitorinqini aparırlar.
 
Ş. Məmmədovun sözlərinə görə, televiziya kanallarından sonra orta məktəb dərsliklərinin monitorinqinə başlanılacaq.
 
Dilçilik İnstitutunun əməkdaşı əlavə edib ki, monitorinqin ilkin nəticələrinə əsasən əvvəlki illərlə müqayisədə televiziyalarda dil qaydaları ilə bağlı vəziyyət dəyişməz olaraq qalmaqdadır: "Artıq biz üç ildir ki, telekanalların monitorinqini aparırıq. Əlbəttə, müəyyən düzəlişlər də var. Amma dil qaydalarındakı problemlər təkcə televiziyaların yox, həm də cəmiyyətin problemidir”.
 
Qeyd edək ki, sentyabrın 15-dən etibarən AMEA Nəsimi adına Dilçilik İnstitutu Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə birgə televiziyalarda ədəbi dil qaydalarına riayət olunması ilə bağlı monitorinqlərə başlayıb. Monitorinqlər sentyabr-oktyabr aylarını əhatə edəcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol