• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə sistemində çalışan 52 şəxs cəzalandı

Səhiyyə sistemində çalışan 52 şəxs cəzalandı
28.09.2015 14:15
2015-ci ildə "Qaynar xətt” və "Elektron Səhiyyə” xidmətlərinə 28 mindən artıq müraciət daxil olub.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Müraciətlərin yalnız 13 faizini səhiyyə müəssisələrinin bu və ya digər əməkdaşının göstərdiyi xidmət səviyyəsindən şikayət təşkil edib: 

"Vətəndaş müraciətləri əsasında aparılmış yoxlamalar nəticəsində 2015-ci ildə səhiyyə sistemində çalışan 52 şəxs barədə qəti məsuliyyət tədbirləri görülüb".

Qeyd olunub ki, "Qaynar xətt” xidmətinə müxtəlif səpkidə müraciətlər daxil olur: 

"Misal üçün, həkim resepti əsasında yazılmış istənilən dərman preparatının imtiyazlı qruplara daxil olduğunu bildirilir. Araşdırmadan sonra bunun yanlış olduğu üzə çıxır. Belə olan halda vətəndaşa dövlət tərəfindən təsdiq olunmuş və Səhiyyə Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş müvafiq siyahı barədə zəruri məlumat verilir. Yaxud da "Qaynar xətt” xidmətinə müraciət edib aptek müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) üçün sənədlər toplusunu soruşurlar. Bəzən də sadəcə olaraq "Qaynar xətt”ə zəng edib təşəkkürlərini bildirirlər.

"Qaynar xətt” və "Elektron Səhiyyə” xidmətlərinə müalicə məqsədi ilə xarici dövlətlərə müəyyən vəsait sərf edib səfər etmiş daha sonra uğursuz nəticələrlə müraciət edənlərdə az deyil. Bu hallarda fəsadlaşma baş verməsinə baxmayaraq, "Qaynar xətt” xidmətinin əməkdaşları müraciət edən şəxsləri Səhiyyə Nazirliyinin baş mütəxəssisləri ilə əlaqələndirir, zəruri müalicənin təyin olunmasını təmin edirlər”.

Məlumatda o da qeyd olunub ki, əvvəlki illərlə müqayisədə xaricdə müalicə üçün müraciətlərin sayı xeyli azalıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol