• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: “Heç kəs gözləməməlidir ki, qiymətlər yüz faiz aşağı düşəcək”

Nazir: “Heç kəs gözləməməlidir ki, qiymətlər yüz faiz aşağı düşəcək”
28.09.2015 15:27
"Turizm məkanlarında süni şişirmələrin olduğu yerlərdə qiymətlər bizim yoxlamalardan sonra azalıb. Yay mövsümünün sonu üçün regionlarda yerləşən hotellərin 30 faizində qiymətlər təxminən 10-15 faiz aşağı düşüb”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, Azərbaycanda turizm sənayesi antiinhisar, tam sərbəst şəraitdə fəaliyyət göstərən sənaye istiqamətidir. Nazirin fikrincə, qiymətlərin normal olması üçün iqtisadi mexanizmlər bir-birini tamamlamalıdır: "Heç kəs gözləməməlidir ki, cənab prezidentin tamamilə düzgün ifadə etdiyi tənqidlərindən sonra nazirlik əmr imzalayacaq və bütün qiymətlər yüz faiz aşağı düşəcək, sabahdan hamı bütün hotellərə pulsuz gedəcək. Belə şeylər yoxdur və olmayacaq. Növbəti mövsümə qədər bizdə mənzərə artıq tam aydınlaşacaq. Lakin yay mövsümünün nəticələri onu göstərir ki, Azərbaycanda hotellərin tutulması həftə axırı minimum 92-93 faiz təşkil edir. Bu, o deməkdir ki, hotellərin hamısı bron edilib və onlardan istifadə olunub. Əgər qiymətlər bahadırsa, onda yerlər necə alınır? Demək, alıcılıq qabiliyyəti mövcuddur ki, o yerlərdən istifadə edilir. Sözsüz, biz də istəyərdik ki, daha aşağı təbəqələr üçün daha ucuz qiymətlər olsun. Bununla bağlı tapşırıqlar verilib. Üçulduzlu hotellərin tikilməsi regionların iqtisadi inkişafı ilə bağlı olan layihələrdə artıq öz əksini tapıb. Bu məsələ İqtisadiyyat və Sənaye, Mədəniyyət və Turizm nazirlikləri və icra hakimiyyətləri tərəfindən nəzərə alınır”. 
 
Nazir qeyd edib ki, dövlət səviyyəsində turizm sənayesinə böyük dəstək verilir: "Bu yaxınlarda prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinin nizamnaməsini və tarixi abidələrin qorunması ilə bağlı yaradılan yeni qurumun əsasnaməsini təsdiq edib, bir necə fərman imzalayıb. Bu fərmanlara uyğun olaraq, turizm məkanlarına qanunsuz müdaxilə olmaması, onların fəaliyyətlərinin sərbəst aparılması, lazımi iqtisadi şəraitin yaradılması ilə bağlı tapşırıqlar verilib. Həmçinin iki ay müddətində hotellərin sertifikatlaşdırılması işinin dünya standartlarına uyğunlaşdırılması tapşırığı verilib”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol