Leyla Şıxlinskaya Klinikası fəaliyyətini bərpa edəcək

Bir müddət əvvəl fəaliyyətini dayandıran Leyla Şıxlinskaya Klinikası fəaliyyətini bərpa edir.
"Report"un əldə etdiyi məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova təsdiqləyib.
Məlumata əsasən, hələ avqust ayında "NORD STAR" şirkəti Leyla Şıxlinskaya Klinikasının fəaliyyətinə razılıq lisenziyasının müddətinin uzadılması üçün nazirliyə rəsmi qaydada müraciət edib: "Müraciətə baxılıb və qərar qəbul edilib ki, oktyabrın 1-dən klinikaya yenidən lisenziya veriləcək. 5 illik müddəti olan lisenziya bir neçə ixtisas üzrə stasionar və ambulator müalicə aparmağa imkan verir".
Xatırladaq ki, klinikanın lisenziyasının müddəti bu ilin avqust ayında başa çatmışdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























