• $
  • €
  • ₽
  • ₺
  • £

Elman Mehdiyevdən pensiya islahatları ilə bağlı – AÇIQLAMA

Elman Mehdiyevdən pensiya islahatları ilə bağlı – AÇIQLAMA
30.09.2015 12:42
Pensiya kapitalı artırılır.

Pensiya islahatları nəticəsində fərdi hesablarda qeydə alınan pensiya kapitalı 2 dəfə artırılacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib. 

"Növbəti mərhələdə pensiya təminatı sistemində nəzərdə tutulan islahatlar yüksək sosial sığorta haqqı ödənişinin stimullaşdırılmasına yönəlib” - deyə, sədr bildirib. 

Bu islahat tədbirlərinin təfərrüatları barədə məlumat verən E.Mehdiyev vurğulayıb ki, hazırda ödənilən sosial sığorta haqlarının yalnız 50 faizi fərdi hesablarda uçota alınır:

"İslahat nəticəsində bu hədd 100 faizə çatdırılacaq və beləliklə ödənilən məbləğlər tam olaraq fərdi hesablarda uçota alınacaq. Həmçinin hazıradək fərdi hesablarda uçota alınmış pensiya kapitalları da 2 dəfə artırılacaq.

Pensiya kapitalının formalaşmasında ödənilən sosial sığorta haqlarının tam məbləğdə nəzərə alınması sosial sığorta ödəyicilərinə daha yüksək məbləğdə pensiya təyin olunmasını təmin etməklə onların sosial müdafiəsini daha da gücləndirəcəkdir”.

Bundan başqa, sədr bildirib ki, yüksək sosial sığorta haqqı ödəyənlər pensiya təyinatında staj tələbindən azad olunacaq.

"Sosial sığorta haqlarının daha yüksək məbləğdə ödənişinin stimullaşdırlmasına istiqamətlənən müxtəlif islahat tədbirlərinin reallaşdırılması nəzərdə tutulur. Bu qaydaların tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar. Bu istiqamətdə daha bir islahat tədbiri minimum sosial sığorta stajı tələbi ilə bağlıdır”.

Fond sədri qeyd edib ki, mövcud qanunvericilikdə əmək pensiyasına hüququn yaranması üçün minimum sığorta stajı müəyyən edilib ki, bu da vətəndaşların hansı məbləğdə sosial sığorta haqları ödəməsindən asılı olmayaraq ümumi tələbdir:

"Pensiya islahatları çərçivəsində yüksək sosial sığorta haqqı ödəyərək minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə staj tələbinin aradan qaldırılması nəzərdə tutulur”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol