• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Qan Bankına qan verənlərin sayı açıqlandı

Mərkəzi Qan Bankına qan verənlərin sayı açıqlandı
02.10.2015 11:33
Bu ilin ilk 8 ayı ərzində Mərkəzi Qan Bankına 24 956 nəfər donorluq edərək qan verib.

 Bu barədə "Report"a Bankın müdiri Pərvanə Hacıyeva bildirib.

O qeyd edib ki, ilin sonuna üç ay qaldığından, yekun statistikanı açıqlamaq hələ tezdir: "Son 5 ildə donorların sayında 75,3% artım olub. Keçən il isə 42 minə yaxın şəxs donorluq edərək qan verib. Ötən il üçün tədarük edilən bütöv qanın miqdarına gəlincə, bu, 20 803 ml qan təşkil edib".

P.Hacıyeva onu da bildirib ki, Mərkəzi Qan Bankında qan verən bütün donorlar könüllü donorlardır: "Ödənişli donorluq yoxdur. Qan verən donorların müəyyən hissəsi isə qan lazım olan xəstələrin qohumlarıdır. Qanın saxlanma müddəti 35 gündən 42 günə qədərdir. Bu müddətdə isə qan köhnəlir və toplanan bu qədər qanı 42 gün ərzində işlətmək bir qədər çətin olur".

"Qanların yoxlanılması ciddi prosesdir. Bu proses bizim üçün prioritetdir. Donordan götürülən qan nümunələri laboratoriyada müasir cihazlar vasitəsilə 4 infeksiya üzrə yoxlanılır: HİV½, HBsAg, HCV, Syphilis. İl ərzində yoxlanan qanların içində təxminən 7-8 % infeksiyalara görə yararsızlaşdırılır", - P.Hacıyeva qeyd edib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol