• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR “UEFA-2016”nın kubokunun təqdimatını keçirib

SOCAR “UEFA-2016”nın kubokunun təqdimatını keçirib
02.10.2015 21:19
Bu gün SOCAR "Expo Milan-2015” sərgisindəki Azərbaycan pavilyonunda futbol üzrə Avropa çempionatı "UEFA-2016”nın kubokunu səhər saat 10-dan axşam saat 11-ə qədər qonaqlara və futbol azarkeşlərinə təqdim edib.

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "UEFA-2016” da daxil olmaqla, Avropanın milli yığma komandaları arasında keçiriləcək bütün yarışlarının rəsmi sponsoru olan SOCAR UEFA tərəfindən dəstəklənən ədalətli oyun prinsipləri və qarşılıqlı hörmət dəyərləri ilə daha dayanıqlı dünya üçün atılan addımlar arasındakı vəhdəti vurğulayaraq "UEFA-2016”nın əsas mükafatı olan kuboku EXPO tədbirinə gətirməkdən qürur duyduğunu bəyan edib.

Gələn ilin yayında Fransada keçiriləcək "UEFA-2016” Avropa Çempionatının qalibinə təqdim ediləcək kuboku görə bilmək bütün futbol azarkeşləri üçün nadir fürsətdir. Kubokun Milanda keçirilən EXPO sərgisində təqdim edilməsi isə diqqəti Azərbaycan və İtaliya milli yığma komandaları arasında oktyabrın 10-da Bakıda baş tutacaq futbol oyununa cəlb edir.

UEFA-nın ilk katibi Henri Delaunayın şərəfinə adlandırılmış Futbol üzrə Avropa çempionatının kuboku Arthus Bertrand tərəfindən 1960-cı ildə Parisdə dizayn edilmiş və əvvəlki 45 il ərzində qalib komandalara təqdim edilmiş kuboku əvəzləyərək yeni mükafat kimi qalib komandalara təqdim olunacaq. SOCAR fürsətdən istifadə edərək kuboku gün ərzində ən innovativ pavilyon kimi dəyərləndirilən və qonaqlar tərəfindən ən çox qiymətləndirilən Azərbaycan pavilyonunda azarkeşlərə və qonaqlara nümayiş etdirib. Kubok pavilyonun birinci mərtəbəsində yerləşdirilib və futbol azarkeşlərinə kubokla şəkillər çəkdirməyə imkan yaradılıb. Eyni zamanda, pavilyonun arxasında yerləşən meydançada Azərbaycanın milli musiqiləri səsləndirilib, konsert təşkil edilib.
SOCAR Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) əsas rəsmi sponsoru qismində respublikamızda futbolun aktiv və etibarlı tərəfdaşı kimi çıxış edir. Azərbaycan milli yığma komandasının sponsoru olmaq şirkətə özünü qlobal səviyyədə tanıtmaq üçün unikal platformadır. Bu, həm də SOCAR-ın enerji sektorunda qabaqcıl brendə çevrilmək məramına uyğundur.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol