Azərbaycanlı zəvvarların son qrupu Vətənə döndü

Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların son qrupu Vətənə dönüb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Həcc missiyasından APA-ya verilən məlumata görə, zəvvarları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Bununla da, azərbaycanlı zəvvarların builki Həcc ziyarəti başa çatıb.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarəti üçün 2400 yer ayrılıb.
Azərbaycanlı zəvvarlardan üçü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























