• $
  • €
  • ₽
  • ₺
  • £

Cənub bölgəsində güclü yağışlar yağır

Cənub bölgəsində güclü yağışlar yağır
05.10.2015 10:57
Ötən gün saat 18.00 radələrindən başlayaraq Azərbaycanın cənub bölgəsinə güclü yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı Regional Hidrometeoroloji Stansiyasından APA-nın cənub bürosuna verilən məlumata görə, ən güclü yağış Lənkəran rayonu ərazisində müşahidə olunub. Burada  təxminən 12 saat ərzində yağan yağıntıların həcmi 53 mm olmaqla aylıq normanın 21 faizini təşkil edib.
 
Astara rayonda da yağıntıların həcmi 34,6 mm təşkil edərək, aylıq normadan 10-21 faiz yuxarı həddə çatıb.
 
İldırım çaxmaları ilə müşayiət olunan leysan yağışları nəticəsində Lənkəran rayonu ərazisində yarımstansiyalarda yaranan nasazlıqlar səbəbindən rayonun əksər yaşayış məntəqələrinə ötən axşamdan  elektrik enerjinin verilməsi dayandırılıb. Bir sıra həyətyanı, eləcə də əkin sahələri suyun altında qalıb.
 
Leysan yağışlar nəticəsində bölgənin dağ çaylarında suyun səviyyəsi 15-20 santimetr artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı Regional Hidrometeoroloji Stansiyasından verilən məlumata görə, yağışlı hava oktyabrın 6-dək davam edəcək.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol