• $
  • €
  • ₽
  • ₺
  • £

​Bakı Beynəlxalq Avtovağzalında xüsusi komissiya yaradıldı

​Bakı Beynəlxalq Avtovağzalında xüsusi komissiya yaradıldı
05.10.2015 12:46
Bundan sonra bilet satışına xüsusi nəzarət ediləcək

Bakı Beynəlxalq Avtovağzalının (BBA) rəhbərliyində dəyişiklikdən sonra mövcud nöqsanların aradan qaldırılmasına start verilib. İlkin olaraq ərazidə bilet satışı ilə bağlı xüsusi komissiyanın yaradılmasına başlanılıb. Bunu "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

"Seymur Aslanov quruma rəhbər təyin edildikdən sonra BBA-da əsaslı islahatlara başlanılıb. Bilet satışı zamanı yol verilən sui-istifadə hallarına nəzarət etmək üçün xüsusi komissiya yaradılıb. Artıq heç kəsə kənarda qanunsuz şəkildə bilet satmağa icazə verilmir. Habelə bilet satışına nəzarət ancaq bayram günlərində həyata keçirilməyəcək", - deyə Ş.Mehmanqızı qeyd edib.

O, həmçinin əlavə edib ki, sərnişinlərin biletlərinin onlayn satışı sistemində də təkmilləşdirmələr həyata keçirilir. Belə ki, onlayn bilet seçərkən ancaq bir istiqamət üzrə bilet almaq olar, təkmilləşmə işlərindən sonra sərnişinlər sərbəst şəkildə gediş-gəliş biletlərini bir dəfəyə sərbəst şəkildə ala biləcəklər: "Artıq onlayn bilet alan sərnişinlər öz yerlərində əyləşməyənədək, avtobuslar ərazini tərk etmir. Bu şəkildə sərnişinlərin hüquqları qorunur".

Bundan başqa, Bakı Beynəlxalq Avtovağzalın ərazisinə kənar nəqliyyat vasitələrinin daxil olması qadağan edilib.

Yeniliklərə "Qaynar xətt"in yaradılması da daxildir. İslahatlar çərçivəsində vətəndaşlara normal şəkildə xidmət göstərəcək və sorğularını cavablandıracaq bu servisin də təkmilləşdirilməsi daxildir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol