• $
  • €
  • ₽
  • ₺
  • £

Siğorta şirkətlərinin agentləri istintaqa cəlb olunub

Siğorta şirkətlərinin agentləri istintaqa cəlb olunub
05.10.2015 16:18
Bir sıra sığorta  şirkətlərinin agenti istintaqa cəlb olunub. "Report”un əldə etdiyi məlumata görə, sığorta agentləri Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində dindirilir.
 
Onların sırasında "Standard Insurance” ASC-nin agentlərinin də adı çəkilr. Xəbərə görə, vergi orqanları şirkətin sığortaladığı bir sıra obyektlərin sığortaya cəlbedilmə formasından şübhələnib. "Standard Insurance” iddia edir ki, həmin qurumlar sığortaya guya sığorta agentləri tərəfindən cəlb olunub. Lakin əslində sığorta agentləri tərəfindən cəlb edildiyi deyilən bır sıra şirkətlərin ASC-nin özü tərəfindən sığortaya cəlb olunması barədə şübhələr var.
 
"Standard İnsurance” şirkətindən ANN.Az bildirdilər ki, sığorta şirkətinin Vergilər Nazirliyi ilə heç bir problemi yoxdur: "Yazıda qeyd olunan araşdırmalar tək "Standard İnsurance” deyil, bütün agentlərlə aparılır. Və bu da agentlərin vergiyə cəlb olunmasının sadələşmiş vergi hesablanmasında son zamanlar geniş müzakirələrə səbəb olan problemdir.

Ümumiyyətlə, Azərbaycanda sığorta agenti institutu kifayət qədər gəncdir və qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, agentlər müstəqildirlər və heç bir sığorta şirkətinə bağlılıqları yoxdur. Onlar müvafiq qaydada lisenziyalaşdırılıb öz sahibkarlıq fəaliyyətlərini həyata keçirirlər. Bununla da agentləri sığorta şirkətinin adı ilə bağlamaq düzgün deyil”.

Qeyd edək ki, sığorta şirkəti müştərini özü cəlb edərsə, daha çox vergi ödəyir. Müştərini sığorta agenti gətirəcəyi halda isə təxminən 5 dəfə az vergi ödənilir.

Xatırladaq ki, "Standard Insurance” ASC sığorta şirkəti "AB Standard” Şirkətlər Qrupunun üzvüdür.

"Standard Insurance” Sığorta Şirkəti 2002-ci ilin fevral ayında məhdud məsuliyyətli cəmiyyət hüquqi statusu ilə təsis edilib.

"Standard Insurance” ASC-nin Direktorlar Şurasının üzvü sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayevdir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol