• $
  • €
  • ₽
  • ₺
  • £

“ANS-in verilişlərini bağlamaqla, onu maliyyə cəhətdən çökdürürlər”

“ANS-in verilişlərini bağlamaqla, onu maliyyə cəhətdən çökdürürlər”
29.05.2020 06:44
Televiziya məkanında sünilik, bayağılıq, saxta ssenarilər, ailədaxili münaqişələrin həddən artıq şişirdilərək insanların heysiyyatına toxunulması və milli-mənəvi dəyərlərin çox aşağı səviyyədə təqdim olunduğu verilişlər daha çox tamaşaçı marağına səbəb olur. Son günlər telekanallarda kütləvi şəkildə verilişlərin bağlanması geniş vüsət alıb. Bəs, bağlananların yerinə hansı verilişlərin yayımlanması daha məqsədəuyğundur?

"Telekanallarda kütləvi şəkildə verilişlərin bağlanması çıxış yolu deyil”. Bunu Modern.az-a açıqlamasında media eksperti Qulu Məhərrəmli deyib.

O, bildirib ki, telekanallarda verilişlərin bağlanması əvəzinə onların keyfiyyətini artırmalıyıq: 

"Bu tip verilişlərin yayımlanması, eləcə də yayımının dayandırılması da bir vaxtlar kampaniya şəklində gedirdi. İndi yenidən bu cür verilişlərə qarşı atılan addımlar da bir növ əks kampaniyaya bənzəyir. Əvvəllər kütləvi şəkildə şou xarakterli verilişlər açılırdı, indi də kütləvi şəkildə bağlanır. Yəni bizdə orta hədd yoxdur. Bu ondan irəli gəlir ki, televiziyaların yayım siyasəti qüsurludur və Milli Televiziya və Radio Şurasının da müdaxilə siyasətində müəyyən problemlər var. Şou proqramları kütləvi şəkildə bağlamaq mümkün deyil. Yeni televiziya mövsümü başlayıb və televiziyalar artıq yayım cədvəlini müəyyənləşdirib. Birdən-birə bu verilişlərin yayımı dayandırılır, düşünürəm ki, bu qərar qeyri-normaldır”.

Ekspertin fikrincə, şou proqramların kütləvi şəkildə bağlanması tamaşaçılarda çaşqınlıq yaradır: "Bəzi verilişlərin bağlanması məqsədəuyğundur, amma ANS kanalındakı "Salam Azərbaycan” verilişinin bağlanması düzgün deyil. Çünki gündəlik efirə gedən verilişi hər hansı bir nüansa görə bağlamaq yanlışdır. Məsələn, Türkiyədə veriliş bir neçə günlük, yaxud günün yarısınadək bağlanır. Bizdə isə 1 aylıq, yaxud bir müddətlik bağlanır.

Yeri gəlmişkən, deyim ki, "Salam Azərbaycan” verilişi 10 gün müddətinə bağlanıb, bu, yolverilməz haldır. Düşünürəm ki, Milli Televiziya və Radio Yayım Şurası səlahiyyətlərindən sui-istifadə etməməli, televiziyalara bir qədər anlayışla yanaşmalıdır. Televiziya quruculuğu çox mürəkkəb bir yol keçərək bu günə gəlib çıxıb. Bu gün ANS kimi televiziyanın bir neçə verilişini bağlamaqla, onu maliyyə cəhətdən pis vəziyyətə salmaqla çökdürürlər. Bunu nəzərə almaq lazımdır”.

Bağlanan verilişlərin əvəzinə hansı tip verilişlərin yayımlanması məsələsinə gəlincə, Qulu Məhərrəmli deyib ki, bununla bağlı "Teleradio yayımı haqqında” qanun var: "Bu qanunda hansı tip proqramlara üstünlük verilməsi göstərilib. İndi hər kəs deyir ki, maarifçi, intellektual verilişlər hazırlansın. Axı, bu verilişləri hazırlamaq üçün televiziyaya maliyyə, texniki imkan və peşəkar kadr lazımdır.  Ona görə də şura qərar qəbul edərkən ilk növbədə reallığı nəzərə almalıdır”.

ATV telekanalının "Xəbərlər” redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu bağlanan verilişin əvəzinə hansı proqramın yayımlanacağı ilə bağlı Modern.az-a açıqlama verib: "ATV-də yalnız "Öz aramızda " verilişi bağlanıb. Onun əvəzinə hansı proqramın yayımlanacağı hələ ki məlum deyil, bu barədə müzakirələr gedir”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol