• $
  • €
  • ₽
  • ₺
  • £

Almanlar Azərbaycanda iki yüzə yaxın artefakt aşkar ediblər

Almanlar Azərbaycanda iki yüzə yaxın artefakt aşkar ediblər
07.10.2015 13:57
Azərbaycanın Mil-Qarabağ regionunda qazıntılar aparan beynəlxalq Azərbaycan-alman arxeoloji ekspedisiyası iki yüzə yaxın artefakt aşkar edib.

Oxu.Az xəbər verir ki, ekspedisiyanın rəhbəri Almaniyanın Geydelberq Universitetinin professoru Barbara Helvinin məlumatına əsasən, tapıntılar Neolit dövründən orta əsrlərə qədər olan dövrə aiddir.

Əsasən Ağcabədi rayonunun ərazisində yerləşən qədim məskən Kamiltəpədə aparılan qazıntılar zamanı çiy kərpicdən hazırlanmış dairəvi tikili aşkar edilib. Alimlər ehtimal edirlər ki, yan divarlarının hündürlüyü 3 metrə çatan bu tikili Neolit dövrünə aiddir və bu ərazidə qədim gil-kərpic memarlığının yetərincə yüksək səviyyədə olmasının göstəricisidir.

Tədqiqatçıların marağına səbəb olan digər bir amil isə burada tapılan tranşeylərdir.

Helvinin sözlərinə görə, bu cür tikililər Qafqazda aparılan qazıntılarda ilk dəfə aşkar edilib. İlkin olaraq alimlər bunun su arxları olduğunu ehtimal ediblər. Daha sonra isə tikilinin divarlarının bişməmiş gildən hazırlanan çiy kərpicdən tikildiyi müəyyən edilib. Bu isə alimləri tranşeylərin müdafiə və ya məişət məqsədi ilə istifadə edilə biləcəyi fikrinə gətirib.

Ekspedisiyanın rəhbəri qeyd edib ki, bu, Kamiltəpədə aşkar edilmiş ən qədim abidələrdəndir. Tranşeylərin bizim eradan əvvəl altıncı əsrə aid olduğu ehtimal edilir.

"Mil-Qarabağ regionunda aparılan qazıntılar, Neolit və Eneolit dövründə bu ərazinin gözəl landşafta və içməli su mənbələrinə malik olduğunu, bunun isə bu ərazidə oturaq əkinçilik mədəniyyətinin formalaşmasına səbəb olduğunu göstərir”, ekspedisiyanın rəhbəri deyib.

Hal-hazırda beynəlxalq ekspedisiyanın üzvləri aşkar edilən abidələrin qeydiyyatı və kartoqrafiyasının tərtibi ilə məşğuldurlar.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol