• $
  • €
  • ₽
  • ₺
  • £

Qax məktəbliləri flaşmob keçiriblər - FOTOLAR

Qax məktəbliləri flaşmob keçiriblər -  FOTOLAR
08.10.2015 09:07
Qax məktəbliləri "İşıqlı gələcək üçün oxu” – qızları təhsilə çağırış flaşmobu keçiriblər.

Flaşmobun keçirilməsində məqsəd Azərbaycanda təhsildən kənarda qalan və yaxud orta məktəbdən erkən ayrılan qız uşaqlarına çağırış etmək olub. 

Flaşmob "Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin (QLUİB) Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İşıqlı gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin təşkili" layihəsi çərçivəsində keçirilib.


"İşıqlı gələcək üçün oxu"  və "Oxu” şüarları altında keçirilən flaşmoba Qax şəhər 2 saylı, Qax rayon İbaxlı və Qaratala kənd orta məktəbləri qatılıblar.


Məktəblilər bu flaşmoba qatılmaqla Respublikadakı qız yaşıdlarına təhsillərini yarımçıq qoymamaq, öz işıqlı gələcəklərini qurmaq üçün oxumaq mesajını veriblər.


QLUİB sözügedən flaşmob üçün ona görə Qax məktəblərini seçib ki, bu rayon Respublikada təhsil sahəsində qabaqcıl yerlərdən birini tutur və burada qızların orta təhsildən yayınma halları 0%-ə yaxındır. Eyni zamanda Qax məktəblərinin məzunlarının ali məktəblərə ümumilikdə qəbul faizi Respublika üzrə ən yüksək göstəricilər sırasındadır. Hər il ali məktəblərə qəbul olunanların təqribən 65-70%-i qız uşaqları olur. Bu rayonda qızların erkən yaşda nikaha girmə faizi yox dərəcəsindədir.

Haqqında bəhs olunan flaşmobun videogörüntüləri yaxın günlərdə mediaya təqdim ediləcək.
 


 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol