• $
  • €
  • ₽
  • ₺
  • £

ARGTMŞ Gənclər Təşkilatlarının II Milli Konqresini təşkil edəcək

ARGTMŞ Gənclər Təşkilatlarının II Milli Konqresini təşkil edəcək
28.05.2020 18:14
Bakı şəhərində, respublikanın bütün gənclər təşkilatlarının iştirakı ilə Gənclər Təşkilatlarının II Milli Konqresi təşkil olunacaq. Tədbir Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək. Konqresdə dövlət rəsmiləri, beynəlxalq gənclər platformalarının və ölkənin dövlət qeydiyyatına alınmış bütün gənclər təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Konqres ölkədəki bütün gənclər təşkilatlarını əlaqələndirmək, onlara yeni tərəfdaşlıq əlaqələri qurmağa imkan yaratmaq, gənclərlə bağlı aktual mövzular haqqında fikir mübadiləsi aparmaq və gənclər təşkilatlarının idarəedilməsi sahəsində yeni mexanizimlərin yaradılmasını təmin etmək məqsədi ilə həyata keçirilir.

Tədbir zamanı gənclər təşkilatlarının fəaliyyəti ilə bağlı dövlət rəsmiləri, beynəlxalq gənclər platformalarının nümayəndələrinin çıxışları dinləniləcək, "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, "Azərbaycan Gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına prioritetləri əsasında panel müzakirələri həyata keçiriləcək.

Tədbirdə iştirak üçün gənclər təşkilatlarının müraciətləri onlayn qeydiyyat vasitəsi ilə qəbul olunacaq. Tədbir haqqında ətraflı məlumat almaq istəyənlər suallarını [email protected] e-mail ünvanına göndərə bilərlər.

Məlumat üçün qeyd edək ki, Gənclər Təşkilatlarının Milli Konqresinin təşkil olunması ilə bağlı təşəbbüs ilk dəfə 2012-ci ilin noyabr ayında həyata keçirilən Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgini ziyarət edərkən səsləndirilib. Daha sonra 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatlarının I Milli Konqresi təşkil olunub. Konqresdə 200-dən çox gənclər təşkilatının nümayəndələri, dövlət rəsmiləri, beynəlxalq qurumlar və mətbuat orqanlarının nümayəndələri iştirak edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol