• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi universitetləri təhsil haqqını aşağı salmağa çağırıb

Təhsil Nazirliyi universitetləri təhsil haqqını aşağı salmağa çağırıb
09.10.2015 14:56
 "Təhsil Nazirliyi olaraq ali təhsil müəssisələrinə tövsiyəmiz ondan ibarətdir ki, tələbələr üçün daha geniş təhsil imkanları yaratmaq baxımından təhsil haqlarını yüksək etməsinlər".
 
"Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ödənişli əsaslarla təhsil aparan müəssisələr dövlət tərəfindən tənzimlənən təhsil haqqını yüksək etməməlidir: "Lakin nazirlik bunu heç bir ali təhsil müəssisələrindən tələb yox, ancaq tövsiyə edə bilər".

Nazir müavini qeyd edib ki, bu gün heç bir yerdə ödənişsiz təhsil yoxdur, çünki təhsilin hamısı ödənişlidir: "Sadəcə, dövlət sifarişi ilə yüksək nəticələr əldə edən tələbələrin ödənişi dövlət tərəfindən tənzimlənir. Dövlət isə ödənilən təhsil haqlarının qiymətlərini tənzimləyir. Eyni zamanda, qiymətlər hökumətin müvafiq qərarına əsasən ixtisas və ali təhsil müəssisələrindən asılı olaraq formalaşdırılır. Bunu da tələbə və onun ailəsi hiss etmir ki, bunu dövlət ödəyir. Tələbələrin öz vəsaitləri hesabına ödədikləri təhsil haqlarına gəlincə, bugünkü mövcud praktika ondan ibarətdir ki, həmin təhsil haqları ali təhsil müəssisələri tərəfindən müəyyən edilir. Bu məsələdə dövlətin hər hansı bir tənzimləmə mexanizmi hələlik mövcud deyil".
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol