• $
  • €
  • ₽
  • ₺
  • £

Məzahir Pənahov bəzi DSK-lara xəbərdarlıq edib

Məzahir Pənahov bəzi DSK-lara xəbərdarlıq edib
29.05.2020 01:26
"Dairə seçki komissiyalarının mütləq əksəriyyətinin fəaliyyəti normaldır, sənədlərin tərtibatı və təqdim edilməsi sahəsində hər hansı problem yoxdur. Ancaq 19 saylı Nərimanov Birinci Seçki Dairəsi və digər 1-2 dairədə deputatlığa namizədliyi irəli sürülmüş şəxslərə qərarların, sənədlərin tam təqdim olunmaması hallarına bir neçə dəfə rast gəlinib”.

APA-nın məlumatına görə, bunu 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş REAL Vətəndaş Hərəkatının üzvü Mübariz Rəhimlinin namizədliyinin müvafiq dairə seçki komissiyası tərəfindən qeydə alınmaması barədə şikayətinə baxılarkən  Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
 
M. Pənahov bildirib ki,  bu DSK-larda ya DSK sədri yerində deyil, ya da deputatlığa namizədliyi irəli sürülmüş şəxsə sənədləri təqdim edən şəxs bu işi tam bilmir: "Biz 19 saylı Nərimanov Birinci Seçki Dairəsi barədə belə şikayətləri ilk dəfə eşitmirik. Biz belə dairə seçki komissiyalarını müəyyənləşdirməli, bu məsələ ilə məşğul olmalıyıq”.  
 
M. Pənahov MSK-nın işçi qrupunun araşdırmasının isə obyektiv aparıldığını vurğulayıb: "MSK-nın işçi qrupunun araşdırması tam əhatəli, obyektivdir və istənilən deputatlığa namizədliyi irəli sürülən şəxs də bu araşdırmanın nəticələri ilə tanış ola bilərlər”.  
 

Qeyd edək ki, MSK 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş REAL Vətəndaş Hərəkatının üzvü Mübariz Rəhimlinin namizədliyinin müvafiq dairə seçki komissiyası tərəfindən qeydə alınmaması barədə şikayətini əsassız sayıb, DSK-nın qərarı qüvvədə saxlanılıb.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol