• $
  • €
  • ₽
  • ₺
  • £

Daha iki nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Daha iki nəfərin deputatlığa namizədliyi qeydə alınıb
09.10.2015 19:12
Mərkəzi Seçki Komissyasının (MSK) növbəti iclası keçirilib.

"Report”un məlumatına görə, iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Sonra bu il noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

MSK katibi Arifə Muxtarova 120 saylı Cəbrayıl Qubadlı seçki dairəsindən namizədliyini irəli sürən Sərdar Mehdiyevin MSK-ya müraciət etdiyini bildirib: "Vətəndaş bildirib ki, DSK əsassız olaraq onun namizədliyini qeydə almayıb. MSK-nın İşçi Qrupu məsələni araşdırıb və DSK-nın düzgün qərar çıxardığı məlum olub”.

57 saylı Kürdəmir seçki dairəsindən namizədliyini irəli sürən Azad Mürsəliyev MSK-ya müraciət edib. O, müraciətində bildirib ki, DSK-nın qərarı əsassızdır. Məlum olub ki, onun DSK-ya təqdim ediyi imzalardan bir hissəsi etibarsızdır və namizədliyin qeydə alınması üçün yetərli deyil. Ona görə də A.Mürsəliyevin namizədliyi qeydə alınmayıb.

125 saylı Zəngilan Qubadlı seçki dairəsindən namizədliyini irəli sürən Ulduz Quliyeva DSK-nın onunla bağlı qərarını mübahisələndirib. Məlum olub ki, namizədin DSK-ya təqdim etdiyi imzalar yetərli deyil. U.Quliyevanın namizədliyi qeydə alınmayıb.

18 saylı Nərimanov-Nizami seçki dairəsindən namizədliyini irəli sürən Ramin Hüseynovun şikayətinə baxılıb. MSK R.Hüseynovun deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı DSK-nın qərarını ləğv edib. Onun namizədliyi qeydə alınıb.

32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyi irəli sürülən Namiq Əliyevin müraciətinə baxılıb, onun namizədliyi də qeydə alınıb.

19 saylı Nərimanov birinci seçki dairəsindən namizədliyini irəli sürən Mübariz Rəhimlinin şikayəti təmin edilməyib.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol