• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkəmizə gələn xarici həkimlərə necə inanaq?

Ölkəmizə gələn xarici həkimlərə necə inanaq?
11.10.2015 15:01
Bu gün televiziya və radio kanallarında bir sıra xəstəliklər üzrə xarici həkim-mütəxəssislərin Azərbaycanda müayinə və əməliyyat keçirəcəyi barədə verilən reklamlara tez-tez rast gəlirik. Bəzən insanlar həmin mütəxəssislərin həqiqətən də mütəxəssis olub-olmamasının fəqrinə varmadan reklam edilən özəl klinikalara və orada çalışan həkimlərə üz tuturlar.

Məsələyə münasibət bildirən Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, bununla bağlı qanunvericiliyə dəyişiklik olunub: "Özəl tibb fəaliyyəti haqqında” Qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən özəl səhiyyə müəssisələri öz profillərindən kənar fəalliyyət göstərə bilməzlər. Qanunvericilikdə eyni zamanda, o da qeyd olunub ki, əgər hər hansı özəl tibb müəssisəsi xarici ölkədən mütəxəssis dəvət edirsə, mütləq öncədən Səhiyyə Nazirliyini məlumatlandırmalı, həmin mütəxəssisin sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməlidir. Nazirliyin o mütəxəssisin peşəkarlığına şübhəsi yoxdursa, onun Azərbaycana gəlməsinə razılıq verə bilər”.

M.Quliyev bildirib ki, ölkəyə gələn həkim Azərbaycan Dövlət Miqrasiya Xidmətində əməkçi miqrant kimi müqavilə bağlamalıdır və həmin müqavilənin şərtlərinə, müddətinə uyğun fəaliyyət göstərməlidir: "Amma təəssüflər olsun ki, Azərbaycanda özəl tibb müəssisələrinin əksəriyyəti başqa yol tutub. Xaricdən həkimləri qonaq kimi dəvət edirlər, o mütəxəssis də Azərbaycana adi turist vizası ilə gəlir və qeyri-rəsmi olaraq özəl tibb müəssisələrində əməliyyatlar edir və ya konsultasiyalar verirlər. Hesab edirəm ki, bu mexanizmlə fəaliyyətin tənzimlənməsi doğru deyil. Çünki həm xəstələrimizin sonrakı taleyi naməlum qalır, həm də o həkimlərin kateqoriyaları və kvalifikasiyaları şübhəli olduğundan, göstərdikləri tibbi xidmət də o qədər keyfiyyətli olmur. Ona görə də istər Səhiyyə Nazirliyi, istərsə də Dövlət Miqrasiya Xidməti bu məsələlərlə bağlı nəzarəti gücləndirməlidirlər. Amma qeyd etməliyəm ki, bu məsələlərdə qanunvericilik baxımından problem yoxdur. Yəni qanuncvericilik tam şəffaf şəkildə göstərir ki, xarici həkimlər hansı halda ölkəyə gələ bilərlər və bu səfərlərin şərtləri nələrdən ibarətdir”.

Qeyd edək ki, artıq bir neçə ildir Səhiyyə Nazirliyində özəl tibb müəssisələrində yoxlamalar aparan Xüsusi Komissiya fəaliyyət göstərir. Bu cür halların qarşısını almaq üçün vətəndaş özü də səy göstərməli və üz tutduğu tibb müəssisəsində həmin həkim haqqında arayış və müqavilə tələb etməlidir. Xəstə həmin tibb müəssisəsi ilə müqavilə bağladıqdan sonra cavabdehlik birbaşa müəssisənin üzərinə düşür.



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol