• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda gələcək müəllimlərin təcrübə keçmə müddəti artırılır

Azərbaycanda gələcək müəllimlərin təcrübə keçmə müddəti artırılır
12.10.2015 19:16
Azərbaycanda ali məktəblərdə pedaqoji ixtisaslar üzrə təhsil alan gənclərin ixtisaslar üzrə təcrübə müddəti artırılacaq.
 
Bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

Bu işin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirildiyini deyən İ.Nağıyev əlavə edib ki, hazırda Təhsil Nazirliyində bununla bağlı iş aparılır.

Nazirlik rəsmisinin sözlərinə görə, hazırda pedaqoji ixtisaslar üzrə təhsil alanların təcrübə müddəti 3-4 həftədir: "Amma təcrübə müddətinin daha uzun olması lazımdır".

İ.Nağıyev qeyd edib ki, təcrübə müddəti bakalavrın oxuduğu 4 il ərzində də, məzun bakalavriatı bitirdikdən sonra da ola bilər. Lakin bu müddətin nə qədər və nə zaman olacağı hələ müəyyənləşdirilməyib: "Təcrübə müddəti bakalavrın oxuduğu 4 ilə daxil edilib 1 il olsun, yoxsa tələbə 4 il təhsil aldıqdan sonra 5-6 ay təcrübə keçsin – bununla bağlı hələ qəti qərar verilməyib. Amma təcrübə müddətinin daha uzun olması lazımdır. Elə olmalıdır ki, məzun sentyabrda məktəbə gedəndə dərs keçməyə tam hazırlıqlı olsun”.

Nazirlik səlahiyyətlisinin sözlərinə görə, bunun üçün pedaqoji ixtisaslar üzrə tədrisin keyfiyyətinin də yüksəldilməsi lazımdır: "Biz keyfiyyətdən də danışmalıyıq. Amma ali təhsil müəssisəsinin tədris planının dəyişdirilməsi elə də asan məsələ deyil. Biz orada nəyisə dəyişsək, bu, avtomatik olaraq 1, 2 və 3-cü kurslar üzrə təhsil alanlara, yəni hamıya təsir edəcək”.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol