• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı, mən səni sevirəm” tezliklə paytaxtda

“Bakı, mən səni sevirəm” tezliklə paytaxtda
12.10.2015 21:20
Azərbaycan paytaxtında "Bakı, mən səni sevirəm” almanaxının təqdimatı keçiriləcək, TASS məlumat yayıb.  

Oxu.Az xəbər verir ki, kinolent ölkənin iri qeyri-hökumət təşkilatı – Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlib. Kinolent "Mosfilm”də çəkilib və oktyabrın 23-dən 25-nə qədər nümayiş etdiriləcək.

O, 9 dəqiqəlik "Asiya”, "Görüş”, "Rəssam”, "Həyət”, "Bəhram Gur”, "Xəzər Atlantidası”, "Lotereya bileti”, "Məhəbbət haqqında”, "Aysel” və "Təsadüf” 10 qısametrajlı novelladan ibarət olacaq.

Yeqor Mixalkov-Konçalovski, Aleksey Qolubev və Andrey Razenkov kimi on istedadlı rejissor öz Bakı əhvalatını, şəhərin həyatından müxtəlif məqamlarını göstərirlər.

Filmlərdə insanlar arasında münasibət, onların həyat tərzi, gündəlik qayğıları, hissləri, sevincləri və kədərləri əks olunub. Onları birləşdirən əsas qəhrəman isə Bakı şəhəridir.  

"Bakı, mən səni sevirəm” kinolentinin aktyor tərkibi isə beynəlmiləldir. Burada Azərbaycandan, Rusiyadan, İtaliyadan, Böyük Britaniyadan, Türkiyədən, Belarusdan, Litvadan və Özbəkistandan aktyorlar cəlb edilib. Onların arasında Alessandro Bertoluççi, Aziya Ardjeneto, Nadira Mürrey, Aqniya Ditkovskite, Badim Tsallati, Vyaçeslav Razbeqayev var.

Filmin çəkilişləri 2012-ci ilin martında başlayıb və iki sessiyadan – yaz və yay sessiyasından ibarət olub. Kinoalmanaxın çəkiliş qrupu 138 nəfərdən ibarət olub. Kütləvi səhnələri nəzərə alaraq "Bakı, mən səni sevirəm” layihəsində 150-dən çox aktyor rol alıb. Filmin musiqili prodüseri məşhur Rusiya bəstəkarı Viktor Soloqubdur. Filmlərdə azərbaycanlı bəstəkarlar Siyavuş Kərimi və Vüqar Camalzadənin musiqilərindən də istifadə edilib.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol