• $
  • €
  • ₽
  • ₺
  • £

QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verdi

QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verdi
13.10.2015 12:18
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Məhərrəm ayının başlanması ilə əlaqədar tədbir keçirilib.

 "Report"un xəbərinə görə, tədbirdə QMİ-nin Elmi-Dini Şurası və Qazılar Şurasının üzvləri, qurumun səlahiyyətli nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, habelə dini icma rəhbərləri və tanınmış elm adamları iştirak ediblər.
Tədbir Qurani-Kərimin tilavəti ilə başlanıb.

Çıxış edən QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə İslamda müqəddəs aylardan sayılan Mərərrəm ayının özəlliklərindən, Kərbəla hadisəsi və Aşura gününün mahiyyətindən danışıb, Məhərrəm ayının dini qaydalara və dövlətin qanunlarına uyğun keçirilməsinin vacibliyini vurğulayıb, bu barədə axund və imamlara müvafiq tapşırıq və tövsiyələrini verib.
Daha sonra QMİ Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib. Fətvada qeyd olunub ki, Hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bildirir ki, yeni Hicri 1437-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-ci il oktyabr ayının 15-nə, Aşura günü isə oktyabrın 24-nə təsadüf edir.

Tədbirdə A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırladığı 1437-ci hicri ilinin təqvimini də təqdim edib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol