• $
  • €
  • ₽
  • ₺
  • £

“Bizim Cəbiş müəllim”in Mekodonu ASAN xidmətdə - FOTO

“Bizim Cəbiş müəllim”in Mekodonu ASAN xidmətdə - FOTO
14.10.2015 20:08
"Bizim Cəbiş müəllim” filminin adı çəkiləndə ekran əsərindəki bir sıra obrazlar dərhal göz önündə canlanır: Cəbiş müəllim, onun arvadı, Suğra xala, Tanya, Makedon, Əbülfəz və s…

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim” Azərbaycan kino sənətinin incilərindəndir. Bu filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum” demir.

Modern.az saytı xəbər verir ki, bu günlərdə adı çəkilən filmdən yaddaşımızda "Makedon" kimi qalmış Aqil Ağacanov öz doğma kəndi Pirşağıda Səyyar ASAN xidmətdən yararlanaraq pasport alıb.

Film Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci Gecəsi" ssenarisi əsasında görkəmli rejissor Həsən Seyidbəyli tərəfindən çəkilib.

"Bizim Cəbiş müəllim” filmindəki maraqlı obrazlardan biridi də Makedondur. Bu rolu əslən Bakının Prşağı kəndindən olan Aqil Ağacanov canlandırıb. Onu filmə təsadüfən çəkirlər. 
Belə ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq onu Makedon roluna sınaqlara çağırır.
Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək. Belə də olur.

Makedon rolunun ifaçısı Aqil Ağacanov hazırda Pirşağı kəndində yaşayır. Deyirlər rejissor filmin çəkilişləri zamanı Aqilin bəzi kaprizlərinə dözməli olub. Məsələn, Tanya ilə öpüş səhnəsində Makedon - Aqil Ağacanov özü qəsdən səhvlərə yol verirmis ki, dubl təkrarlansın.

Bunu Aqil Ağacanovun özü çox sonralar etiraf edibmiş. O, Pirşağıda kababçı Aqil kimi də tanınır.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol