• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının iki polis bölməsində çatışmazlıqlar aşkarlanıb

Bakının iki polis bölməsində çatışmazlıqlar aşkarlanıb
14.10.2015 18:25
 Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Qaradağ Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 10-cü polis bölməsinə, habelə Səbail RPİ-nin müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 8-ci polis bölməsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirib.
 
Bu barədə "Report”a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılıb, MSY-lərin bütün kameralarına baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb.

MSY-də saxlanılan şəxsləri MPQ üzvləri fərdi qaydada qəbul edib, müraciətləri cavablandırılıb, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilibr. Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyiblər.

Həmin rayon polis idarələrinin MSY-lərin rəhbərliyinə müvafiq qanunvericiliyə, o cümlədən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa, Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, o cümlədən xidmət əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb.

Qaradağ RPİ-nin 10 və Səbail RPİ-nin isə 8-ci polis bölmələrinə keçirilən başçəkmə zamanı isə saxlanılan şəxs aşkar edilməyib, sənədləşmədə olan çatışmazlıqların aradan qaldırılması və təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol