• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Maliyyə Nazirliyinin fəaliyyətinin genişləndirilməsinə ehtiyac var

Deputat: Maliyyə Nazirliyinin fəaliyyətinin genişləndirilməsinə ehtiyac var
29.05.2020 00:25
Maliyyə intizamının gücləndirilməsi üçün Maliyyə Nazirliyinin fəaliyyətinin genişləndirilməsinə ehtiyac var.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Bəxtiyar Əliyev Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vergi ödəmələri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, iclasda geniş təhlil aparılıb və Prezident İlham Əliyev iqtisadiyyatın daha da dayanıqlı, davamlı inkişafı üçün hansı tədbirlərin görülməli olduğunu vurğulayıb. Prezidentin açıqladığı bütün tədbirlərin vacibliyini qeyd edən deputat deyib ki, iclasda səsləndirilən fikirlərin həyata keçirilməsi üçün bir sıra amillər lazımdır: "Maliyyə intizamının gücləndirilməsi üçün Maliyyə Nazirliyinin fəaliyyətinin genişləndirilməsinə ehtiyac var. Eyni zamanda, vergi mədəniyyətinin formalaşması lazımdır. Bu gün həqiqətən də Azərbaycanda vergi mədəniyyətinin formalaşmasında müəyyən problemlərimiz var. Çünki dövlət sahibkarlığın inkişafı üçün kifayət qədər münbit şərait yaradıb. Kreditlərin, subsidiyaların, sahibkarlığa yardımla bağlı maliyyə vəsaitinin verilməsi, böyük layihələrin dövlət tərəfindən kreditləşməsi aparılır. Vergi mədəniyyətinin formalaşması üçün maarifləndirmə işləri aparmaq lazımdır.”

Vergilərin vaxtında ödənilməsinin sahibkarlığın inkişafına təkan verdiyini qeyd edən B.Əliyev korrupsiyaya qarşı mübarizə məsələlərinə də toxunub: "Sahibkarlar vergilərin onlara yenidən kredit şəklində qayıda biləcəyini sanki düşünmürlər. Bu birmənalıdır ki, vergilər ödənilməlidir. Verginin ödənilməsi ilə sahibkarlıq inkişaf etməlidir. Bunlar paralel məsələlərdir və cənab Prezident İlham Əliyev də çıxışında bunu vurğuladı. Bundan başqa, sahibkarlığa süni maneələr, korrupsiya halları da var. Bu məsələlərlə bağlı ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Ortaya siyasi iradə qoyulub”.

Xatırladaq ki, oktyabrın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol