• $
  • €
  • ₽
  • ₺
  • £

​Uşaqlara hansı psixoloji narahatlıqlar daha çox əziyyət verir?

​Uşaqlara hansı psixoloji narahatlıqlar daha çox əziyyət verir?
15.10.2015 13:58
"Azyaşlı uşaqlar arasında olan uşaqların əsas problemləri evdə baş verən dava-dalaş üzündən keçirdikləri stress, qorxu ilə bağlı olur".

Bunu "Report"a açıqlamasında psixoloq, Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin psixoloqu Asəf Kərimov deyib.

Psixoloq bildirib ki, uşaqların valideynlərindən birindən, televiziyada hansısa film qəhrəmanından qorxması və gecələr yata bilməməsi ilə bağlı müraciətlər tez-tez olur.
Onun sözlərinə görə, bu problemlərə, eyni zamanda valideynin televiziyada istənilən filmlərə uşağın iştirakı ilə baxması da səbəb olur ki, bunu valideynlərin bir çoxu başa düşmür: "O cümlədən, uşağın qapalılığı, nitq inkişafında ləngimələrdən irəli gələn valideyn müraciətləri, hiperaktiv uşaqlarla bağlı müraciət edənlər çox olur. Uşağın sosializasiyası və həmyaşıdlarla ünsiyyətdə özünü müdafiə edə bilməməsi problemləri, evdə yeni dünyaya gəlmiş körpəyə valideynlərin diqqətinin daha çox yönəlməsi üzündən evin böyük uşağının qısqanclığından irəli gələn davranışları ilə bağlı müraciətlər də çox olur" .

A.Kərimov bildirib ki, evin böyük uşaqlarında narahatlıq qısqanclıq üzündən və özünə diqqəti yönəltmək üçün valideynlərə etdiyi hədələr şəklində büruzə verir: "Uşaq "Mən ölmək istəyirəm", "Siz daha məni istəmirsiz", "Başqasının uşağı olacağam", "Özümü damdan atacağam" kimi fikirlər irəli sürür və bir növ valideynlərinə psixoloji zorakılıq göstərir. Eyni zamanda, bilmədən özünə ziyan vuracaq davranışlar da edə bilər. Məsələn, bıçaq, qayçı kimi alətləri götürərək bunu nümayiş etdirə bilər. Bu zaman məqsədi və hərəkətin mahiyyətini tam anlamayan uşaq ehtiyatsızlıqdan özünə ziyan vura bilər".

Psixoloqun sözlərinə görə, belə hallarda valideyn maksimum diqqətli olmalı, uşaqla ünsiyyətə girməli, ona xüsusi olaraq vaxt ayırmalıdır.
A.Kərimov valideyinin belə hallarda mütəxəssisə müraciət edərək onunla bu problemin həllinə çalışmasının vacib olduğunu vurğulayıb: "Ən yaxşısı mütəxəssisə müraciət etmək və onun tövsiyələri əsasında hərəkət etməkdir.
Yeniyetmələrə gəldikdə, bu hallar daha çox diqqət tələb edir. Onların belə davranış göstərməsi daha realdır, çünki bir çox hallarda onlar emosiyalar əsasında susisidal davranış nümayiş etdirə, eyni zamanda, evdən qaçmağa, qeyri-normal qruplara qoşula, zərərli vərdişlərə tütün, alkoqol, narkotik vasitələrə meyillənə bilərlər".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol