“Azərenerji” işçilərinə əməkhaqqı verməməsinin səbəblərini açıqladı

"Azərenerji” ASC-də əməkhaqqı gecikənlər bir neçə günə maaşlarını tam alacaqlar.
ANN.Az Report-a istinadən xəbər verir ki, bu sözləri "Azərenerji” nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyib.
Ə.Baxşəliyev işçilərin əməkhaqlarının verilməsində yaranan problemlərin maliyyə çətinliyi ilə əlaqədar olduğunu bildirib:
"Maliyyə çətinliyimiz var. Gələn həftə bütün əməkhaqqları tam ödəniləcək”.
Qeyd edək ki, "Azərenerji”nin əməkdaşlarının bir hissəsi iyul, digər hissəsi isə avqust ayından etibarən əməkhaqqı almırlar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























