• $
  • €
  • ₽
  • ₺
  • £

Bəhram Xəlilov: "Dövlət qulluğunda çalışan qadınlar korrupsiyaya daha az uğrayırlar"

Bəhram Xəlilov: "Dövlət qulluğunda çalışan qadınlar korrupsiyaya daha az uğrayırlar"
19.10.2015 12:20
 Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə "Dövlət qulluğunda qadın karyerası" mövzusunda dəyirmi masa keçirilib.

 "Report" xəbər verir ki, çıxış edən Komissiyanın sədri Bəhram Xəlilov tədbirin əsas məqsədinin qadınların potensiallarının artırılması prosesinə təşəbbüs göstərmək, dövlət qulluğunda onların şəbəkə yaratmaq bacarıqlarını gücləndirmək və yeni işgüzar əlaqələr qurmaqda yardım etmək olduğunu bildirib.

Onun sözlərinə görə, XXI əsrdə gender bərabərliyini inkişaf etdirməyin əsas hədəflərdən biri olduğunu bildirib: "Dövlət idarəçiliyində, xüsusilə də rəhbər vəzifələrdə çalışan qadınların siyasi və digər məsələlərlə bağlı müzakirələrdə bərabərlik prinsipi əsasında iştirakı inkişaf baxımından böyük əhəmiyyət kəsb edir. Dövlət idarəçiliyinə cəlb edilən qadınların potensiallarının tam üzə çıxarılması ilə bağlı hələ də bəzi problemlər mövcuddur".

O, həmçinin qeyd edib ki, hazırda Azərbaycanda qadınlar tam sərbəst dövlət qulluğunda çalışa bilirlər: "Onların bu işə cəlb edilməsi bundan sonra da mütəmadi şəkildə davam edəcək. Statistikaya nəzər saldıqda görərik ki, müsabiqədən uğurla keçənlərin arasında qadınların çəkisi 25-30 faiz arasındadır".
"Komissiyanın sədri olaraq bir faktı etiraf edərdim ki, yekun mərhələdə seçim edəndə çox zaman qadınlara üstünlük veririk. Çünki qadınlar bir çox hallarda daha məsuliyyətli olur. Eyni zamanda, dövlət qulluğunda çalışan qadınlar korrupsiyaya daha az uğrayırlar", - B. Xəlilov əlavə edib. 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib ki, mövcud layihə Azərbaycan Avropa münasibətlərini daha da genişləndirəcək: "Birgə təlim mərkəzi təşkil edəcəyik ki, uğurlu fəaliyyət göstərə bilək. Dövlət qulluqçusu olan bir qadın kimi, beynəlxalq tədbirlərdə iştirak edirəm. Gender bərabərliyi mənim üçün hər zaman önəmli məsələ olub. Hər bir ölkədə bu yanaşma prioritet məsələ olmalıdır. O ölkələrdə ki, gender bərabərliyi mövcuddur, deməli, həmin ölkə çox zəngin düşüncəyə malikdir. Azərbaycanda da bu sahədə zəngin təcrübə var. Burada dövlətin gələcəyini formalaşdırmağa qadir geniş dünyagörüşlü və savadlı, bacarıqlı qadınlara rast gəlmişəm. 
Qadınlar təhsil, səhiyyə və digər sosial sahələrə daha çox önəm verirlər. Hətta son zamanlar bələdiyyələrdə qadınların sayı artmaqdadır".
Dəyirmi masa mövzu ətrafında müzakirələrlə davam etdirilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol