• $
  • €
  • ₽
  • ₺
  • £

ARGTMŞ-ın növbəti məlumat turu “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində

ARGTMŞ-ın növbəti məlumat turu “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində
29.05.2020 09:02
16 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları tərəfindən növbəti məlumat turu Qafqazın ilk peyk operatoru "Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində təşkil olunub.

 Məlumat turu ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəallarının iştirakı ilə baş tutub.

Tur zamanı gənclərə Avropa, Afrika, Mərkəzi Asiya və Yaxın Şərqin 50-dən çox ölkəsinin cəmləşdiyi ortaq məkanda mühüm informasiya ötürücüsü funksiyasını yerinə yetirən Azərspace-1 peykinin buraxılmasına zərurət, müştəri xidmətlərinin təşkili və perspektiv planlar kimi mövzular haqqında ətraflı məlumat verilib. Məlumat turunda, həmçinin iştirakçılar peyk vasitəsilə teleradio yayımı, səs və videonun ötürülmə mexanizmi ilə tanış olublar. Daha sonra, məlumatların ötürülməsini təmin edən proqram və texnologiyaların real iş rejim prossesi haqqında məlumatlar verilib.

Məlumat üçün qeyd edək ki, ARGTMŞ gənclər təşkilatları arasında ölkənin tarixi, mədəniyyəti, incəsənəti, innovativ və müasir texnologiyalarının təbliği və onların məlumatlılığının artırılması məqsədilə mütəmadi olaraq məlumat turları həyata keçirir. Bugünədək ARGTMŞ-ın təşkilatçılığı ilə "Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi”, "Quba Soyqırım Memorial Kompleksi”, "Sağlam Ailə” klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı "ASAN xidmət” mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzində məlumat turları təşkil olunub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol