• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev İranın Şərqi Azərbaycan vilayətinin valisini qəbul etdi

İlham Əliyev İranın Şərqi Azərbaycan vilayətinin valisini qəbul etdi
20.10.2015 16:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 "Report”un xəbərinə görə, İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyətinin ölkəyə səfərinin Azərbaycan-İran ikitərəfli münasibətlərinin inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayan dövlət başçısı səfərin qonaqların ölkə ilə bir daha yaxından tanış olmaları üçün də yaxşı fürsət yaradacağını qeyd edib. Əlaqələrin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev iki ölkənin bütün sahələrdə dostluq və qardaşlıq prinsipləri əsasında birgə fəaliyyət göstərmələrinin önəmini vurğulayıb. İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana, özünün isə İran İslam Respublikasına rəsmi səfərlərindən sonra ikitərəfli əlaqələrimizin yeni mərhələyə qədəm qoyduğunu deyən dövlət başçısı hər iki ölkənin siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, səhiyyə və digər sahələrdə inkişafından məmnunluğunu ifadə edib. Həyata keçirilən bir çox müştərək layihələrə, o cümlədən İran-Azərbaycan dəmir yolu layihəsinə toxunan Prezident İlham Əliyev bu layihələrin regional əhəmiyyətini yüksək qiymətləndirib. Dövlət başçısı iki ölkənin uğurlu əməkdaşlığının regionda sabitliyin möhkəmləndirilməsi baxımından rolunu xüsusi qeyd edərək bildirib ki, bütün bunlar iki dövlətin siyasətlərinin xalqlarımız tərəfindən dəstəkləndiyini göstərir.

İsmayıl Cabbarzadə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşünü böyük ehtiramla xatırlayan İsmayıl Cabbarzadə hələ o vaxtlar Naxçıvanla çox yaxşı əlaqələrin qurulduğunu vurğulayaraq Azərbaycanın bugünkü inkişafının təməlinin məhz o zamanlar Ulu Öndər tərəfindən qoyulduğunu məmnunluqla qeyd edib.

Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol