• $
  • €
  • ₽
  • ₺
  • £

İcra hakimiyyəti başçılarının müavini təyin olunan qadınların sayı açıqlandı

İcra hakimiyyəti başçılarının müavini təyin olunan qadınların sayı açıqlandı
22.10.2015 11:32
"Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının 2007-2015-ci illərdə keçirdiyi müsabiqələrə 66 164 nəfər sənəd verib. 

Onlardan 19 812 nəfəri məhz qadınlar olub". Bu barədə "Report"a komissiyanın İnsan resurslarının idarəedilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn məlumat verib. 
O bildirib ki, sənəd verənlərdən 4 423 nəfər boş vəzifələrə uyğun olub: "Onlardan 1 277-si qadındır. Bundan başqa, 13 336 nəfər dövlət komissiyasının keçirdiyi test imtahanlarından uğurla keçib. Test imtahanlarından uğurla keçən qadınların sayı isə 3 858 nəfər təşkil edib. Ümumilikdə 3 687 vəzifəyə təyin olunub, onlar arasında qadınların sayı 1 027 nəfərdir".

Şöbə müdiri qeyd edib ki, son iki ildə Azərbaycanda 78 qadın rayon və şəhər icra hakimiyyəti başçısının müavini təyin olunub. Onlardan 10 nəfəri 2015-ci ilin ötən dövründə təyinat alıb: "Bundan başqa, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28, sahibkarlar arasında 19 faizdir".
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, bu ilin oktyabrın 1-nə qədər məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin 38,6 faizini qadınlar təşkil edib.

İqtisadi fəaliyyət növləri üzrə fərdi sahibkarların sayının gender bölgüsünə gəlincə, qadınların sayı 110 433 nəfər olub. Sahibkarlıqla məşğul olan fərdi sahibkarların 19,6 faizi isə qadınlardır.

Qadınlar "digər sahələrdə xidmətlərin göstərilməsi" fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 29,1 faizini, "kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq"da 22,2 faizini, "ticarət; nəqliyyat vasitələrinin təmiri" fəaliyyət sahəsində isə 20,5 faizini təşkil edir.
Sahibkar qadınların 38,6 faizi Bakıda, 16,3 faizi Aran, 15,2 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (22,3%), Gəncə-Qazax (23,3%) və Şəki-Zaqatala (21,1%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol