• $
  • €
  • ₽
  • ₺
  • £

"Erməni lobbisi və Azərbaycanın radikal müxalifəti birgə fəaliyyət göstərir"

"Erməni lobbisi və Azərbaycanın radikal müxalifəti birgə fəaliyyət göstərir"
23.10.2015 12:04
"Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmağımızdan ötən dövr ərzində qurumun ölkəmizə qarşı atdığı bəzi addımlarda qərəz inkaredilməzdir. 

Bütün bunlara baxmayaraq,  Azərbaycan dövləti uğurlu siyasəti ilə bu kimi cəhdlərin qarşısını alıb".

"Report"un məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində deyib.

Ə.Hüseynli qeyd edib ki, Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlər arzuolunan səviyyədə inkişaf etmir: "Azərbaycanla Avropa İttifaqına üzv olan ölkələr arasında münasibətlər inkişaf edir. İqtisadi münasibətlər qurulub və bu, hər iki tərəf üçün effekt verir. Amma Avropa Parlamenti ilə ölkəmiz arasında münasibətlərin arzuolunan səviyyədə inkişaf etməməsinin təqsirkarı Avropa Parlamenti, orada mövcud olan bir sıra siyasi partiyalar və dairələrdir. Azərbaycanın iştirakı olmadan, ilkin müzakirələr aparılmadan Avropa Parlamentində ölkəmizlə bağlı məsələlər müzakirə edilir, xoşagəlməz qərarlar qəbul olunur. İlk Avropa Oyunları ərəfəsində Avropa Paralmenti qəbul etdiyi qətnamə ilə bir daha qərəzli mövqeyini ortaya qoydu. Çünki idmanla siyasət bir-biri ilə uzlaşmayan sahələrdir. Bir daha təsdiqləndi ki, Avropada bir sıra dairələr Qərbdən idarə olunur, erməni lobbisi və Azərbaycanın radikal müxalifəti birgə fəaliyyət göstərir ki, ölkəmiz heç bir sahədə uğur qazanmasın. Bütün bu cəhdlər göründüyü kimi, Azərbaycan dövlətinin uğurlu daxili və xarici siyasəti nəticəsində boşa çıxır. Azərbaycan müstəqil dövlətdir".

O bildirib ki, Azərbaycanın 2001-ci ildən həm Avropa Şurası, həm də Avropada olan digər təşkilatlarla əməkdaşlıq əlaqələri mövcuddur: "Fəaliyyətimiz dövründə öz iradəmizi nümayiş etdirdik. Bizim üçün bir prinsip olub. Ulu öndər Heydər Əliyev Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı söylədiyi fikir bu olub ki, Avropa Şurası Azərbaycan üçün nə qədər lazımdırsa, Azərbaycan da Avropa Şurasına bir o qədər gərəkdir. Biz bərabərhüquqlu üzvlük prinsipini götürdük və yolumuzu davam etdirdik. Heç zaman təzyiqlə razılaşmadıq. Eyni zamanda qeyd etməliyəm ki, təşkilatda obyektiv insanlar mövcuddur. Real qiymətləndirmə aparan insanlar var".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol