• $
  • €
  • ₽
  • ₺
  • £

ANS-in MTRŞ-ya qarşı məhkəmə iddiasına baxılıb

ANS-in MTRŞ-ya qarşı məhkəmə iddiasına baxılıb
29.05.2020 09:36
Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS Yayım və Media Şirkəti"nin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilb.

"Report" xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilsə keçirilən prosesdə hər iki tərəfin nümayəndələri çıxış edib.

"ANS Yayım və Media Şirkəti"nin nümayəndəsi ANS TV-də yayımlanan "Sən tək deyilsən" və "Xoşqədəmlə axtarıram səni" verilişlərinin bir ay müddətinə dayandırılması barədə MTRŞ-nın qərarının ləğv edilməsini istəyib.

Hakim işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Qeyd edək ki, MTRŞ-nın sentyabrın 30-da keçirilən iclasında ANS televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb. MTRŞ-nın qərarında qeyd edilib ki, ANS televiziyasının efirində yayımlanan "Sən tək deyilsən" və "Xoşqədəmlə axtarıram səni" proqramlarında sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyini, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, proqrama verilmiş tələblərin, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq yayımın 5 oktyabr 2015-ci il tarixdən etibarən bir ay müddətinə dayandırılsın.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol