Həbs edilən mənim müavinim deyil – HACI QAMƏT

Bakıda "Farklı Lahmacun" adlı kafedə vəhhabi təriqətindən olnalara qarşı əməliyyat keçirilib. Bu barədə Yasamal Rayon Polis İdarəsindən APA-ya məlumat verilib.
Bildirilib ki, əməliyyat zamanı 40-a yaxın vəhhabi saxlanılıb. Saxlanılanlar arasında "Əbu Bəkr" məscidinin imamı Hacı Qamət Süleymanovun müavini Adil Rəcəbov da olduğu qeyd olunur.
Hacı Qamət Süleymanov bununla bağlı Modern.az saytına açıqlama verib. O bildirib ki, Adil Rəcəbov onun müavini deyil.
"O mənim müavinim deyil. Amma namaz əhlidir. Onunla hər hansı əlaqəm yoxdur", -deyə o söyləyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























