• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL ilə Moskvaya 99 avroya uçuş

AZAL ilə  Moskvaya 99 avroya uçuş
25.10.2015 18:30
"Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Moskva-Bakı aşağı büdcəli reysi ("lou-kost”) üzrə ilk uçuşunu oktyabrın 25-də həyata keçirib.

Azərtac xəbər verir ki, bu gündən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həftənin bütün günləri təşkil ediləcək.

"Airbus A320” təyyarəsi ilə həyata keçiriləcək reyslərə biletlərin bronlaşdırılması və satışına sentyabrın sonlarından başlanılıb.

Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunun ikinci terminalından saat 15:00-da havaya qalxıb, yerli vaxtla saat 17:10-da Moskvanın Vnukovo hava limanına çatacaq. Əks istiqamətdə reys isə Moskvadan saat 18:10-da çıxacaq, yerli vaxtla saat 22:00-da Bakıya çatacaq.

Bu istiqamət üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) AZAL-ın saytında və aviaşirkətin satış məntəqələrində bir tərəfə 99 avro təşkil edir. Marşrut üzrə hər ayrıca baqaj üçün (23 kiloqramdan artıq olmayan) ödəniş nəzərdə tutulur, ölçüsü 55x35x20 santimetr olan əl yükünü (8 kiloqramdan artıq olmayan) təyyarəyə götürmək isə pulsuzdur.

Qeyd edək ki, AZAL-ın kassalarında və şirkətin saytında 99 avroya Bakı-Dubay-Bakı, Bakı-İstanbul-Bakı və Bakı-Antalya-Bakı aşağı büdcəli marşrutları üzrə də bilet əldə etmək olar. AZAL-ın bütün reyslərinə biletləri onlayn rejimdə (www.azal.az) bronlaşdırmaq və əldə etmək mümkündür. Bu isə sərnişinlərə hansı istiqamətə hansı növ biletin mövcudluğu və qiymətləri barədə müfəssəl məlumat əldə etmək və aviabilet satışı agentlərinə komissiya haqqı ödəmədən birbaşa və ucuz bilet almaq imkanı yaradır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol