Bakıda məşhur şirkətdən 35 min manat oğurlandı

Bakıda məşhur şirkətdən oğurluq edilib.
"Report”un xəbərinə görə, "Engin LTD”nin Türkiyə vətəndaşı olan rəhbəri Gürkan Andic polisə müraciət edərək şirkətdən 35 min manat oğurlandığını bildirib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Engin LTD” şirkəti rəsmi olaraq 22 dekabr 2000-ci ildə fəaliyyətə başlayıb. Şirkət əsasən satış və marketinq sahəsində ixtisaslaşıb. Şirkətin 70%-ə yaxın əməkdaşı satış şöbəsində fəaliyyət göstərir. Hazırda şirkətdə İnformasiya Texnologiyaları, İnsan Resursları, Audit, Maliyyə, Mühasibat, Marketinq, Təminat, Təchizat və Texniki servis şöbələri fəaliyyət göstərir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























