• $
  • €
  • ₽
  • ₺
  • £

​MTRŞ: Falçılığı və mövhumatı təbliğ edən verilişlər diqqətimizdədir

​MTRŞ: Falçılığı və mövhumatı təbliğ edən verilişlər diqqətimizdədir
29.10.2015 16:30
"Mövhumatın, xurafatın, ekstrasens və falçıların təbliğinə yol verən verilişlər Milli Televiziya və Radio Şurasının daim diqəttindədir".

Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov deyib. Onun sözlərinə görə, hazırda ümumrespublika yayımçısı olan telekanalların efirində bu cür verilişlər demək olar ki, yoxdur: "Amma Şuraya daxil olan məlumatlara görə, bəzi region kanallarında falçıları təbliğ edən verilişlər yayımlanır. Hazırda həmin verilişlər MTRŞ tərəfindən təhlil olunur".

T.Dadaşov ANS televiziyasında yayımlanan "Məchulu tapın" verilişi ilə bağlı hazırki vəziyyətə də toxunub. O bildirib ki, telekanal həmin verilişin vaxtını dəyişib. Veriliş gecə saatlarında yayımlanacaq: "ANS TV "Məchulu tapın" verilişinin vaxtını dəyişdirərək, gecə saatlarında efirə verir. Qanuna görə uşaqların və yetkinlik yaşına çatmayanların əqli, mənəvi və fiziki inkişafına mane ola biləcək verilişlərin səhər saat 07:00-dən axşam 23:00-dək verilməsi qadağındır. Biz "Məchulu tapın" verilişində ekstrasens və falçılığın reklamından şübhələnmişdik. Efirdə hipnoz səhnələri olan, mövhumatı, falçıları təbliğ edən verilişlərin axşam saat 23:00-dan sonra verilməsindən asılı olmayaraq, yenə də diqqətdə saxlanılacaq".  

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol