• $
  • €
  • ₽
  • ₺
  • £

MSK partiya sədrinin müraciətini əsassız saydı

MSK partiya sədrinin müraciətini əsassız saydı
29.10.2015 17:35
Mərkəzi Seçki Komissiyasının iclasında 15 saylı Yasamal Birinci Seçki Dairəsindən deputatlığa namizəd, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, deputatlığa namizəd Ramil Rüstəmov və digər namizədlərin bu dairədən deputatlığa namizəd, hazırda millət vəkili olan Ülvi Quliyevin təşviqatla bağlı qanunvericiliyi pozması barədə müraciətinə baxılıb.
 
 
APA-nın məlumatına görə, iclasda iştirak edən Ə. Əliyev Ü. Quliyevin şəklinin qanunsuz olaraq poçt şöbəsinə vurulduğunu, yalnız 15 saylı Yasamal Birinci Dairə Seçki Komissiyasının qərarından sonra fotonun yığışdırıldığını bildirib. Ə. Əliyev namizədlər üçün qapalı görüş yeri kimi nəzərdə tutulmadığı halda, 2 saylı Tibb Kollecində Ü.  Quliyevin tələbə və müəllimlərlə görüş keçirdiyini də nəzərə çatdırıb. O, təşviqatla bağlı qanunvericilik pozulduğu üçün Ü. Quliyevin namizədliyinin ləğv olunmasını tələb edib.

MSK sədri Məzahir Pənahov qəzetlərdə müxtəlif, əsasən də  müxalifyönlü namizədlərin təşviqatı pozması hallarına rast gəldiklərini söyləyib: "Sosial şəbəkələrdə də belə hallara rast gəlinir. Ancaq biz namizədlərin seçkilərdə iştirakına çalışırıq”.
 
MSK katibi Arifə  Muxtarova 2 saylı Tibb Kollecində görüşün keçirilməsinin təsdiqini tapmadığını, poçt şöbəsindən DSK-nın qərarı ilə namizədin şəklinin götürüldüyünü nəzərə çatdırıb. A. Muxtarova buna  görə də Ə. Əliyev və digər deputatlığa namizədlərin Ü. Quliyevin namizədliyinin ləğv edilməsi barədə müraciətini əsassız sayıb. MSK məsələni səsverməyə çıxarıb və müraciət qəbul edilməyib.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol