• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST dünyada vərəm xəstəliyindən ölənlərin statistikasını açıqladı

ÜST dünyada vərəm xəstəliyindən ölənlərin statistikasını açıqladı
29.10.2015 22:03
"Dünyada vərəm xəstəliyinə qarşı aparılan mübarizə öz bəhrəsini verir. Belə ki, bu il xəstəlikdən dünyasını dəyişənlərin sayı 1990-ci ildəki göstəricinin təxminən yarısına bərabərdir. Bununla belə, keçən il 1,5 mln. nəfər məhz vərəmdən dünyasını dəyişib. Bu ölümlərin də böyük əksəriyyətinin qarşısı alına bilərdi".
 
"Report"un xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi "ÜST: Vərəm Hesabatı 2015" adlı sənədində bildirilir.

Hesabatda qeyd olunub ki, xəstəliyin diaqnostikasında və müalicəsində olan boşluqlar aradan qaldırılmalı, dərman və vaksinlərin alınması üçün lazım olan maddi vəsait çatışmazlığı həll olunmalıdır. Hesabata görə, 2000-2015-ci illər ərzində səmərəli diaqnostika və müalicə sayəsində 43 mln. insanın həyatı xilas edilib.

ÜST-ün baş direktoru Marqaret Çan Cenevrədə keçirilən mətbuat konfransında deyib ki, vərəmlə mübarizə xilas edilən həyatlar və müalicə olunan pasiyentlər nəzərə alınmaqla böyük təsir əldə edib: "Bu irəliləyişlər sevindirici haldır, lakin dünya epidemiyaya son qoyulmasını istəyirsə, bu sahədə xidmətlər genişləndirilməli və tədqiqatlara sərmayə yatırılmalıdır".

Eyni zamanda, mətbuat konfransında vurğulanıb ki, 2000-ci ildən bu günə qədər vərəmə yoluxanların sayı 1,5% azalıb. Ümumilikdə isə azalmanın göstəricisi 18% təşkil edir.

Hesabatda o da qeyd edilib ki, nailiyyətlərə baxmayaraq, bu sahədə lazımi səviyyəyə çatmaq üçün hələ uzun yol var: "Belə ki, hər gün 4 400 insanın bu xəstəlikdən dünyasını dəyişdiyini müşahidə edirik. Bu isə diaqnostika və hər bir şəxsin müalicə oluna bildiyi dövrdə qəbuledilməzdir. 2014-cü ildə vərəm xəstəliyindən 890 min kişi, 480 min qadın və 140 min uşaq həlak olub. Xəstəlik dünyada İİV infeksiyası ilə öldürücü xəstəliklər sırasında eyni səviyyəyə malikdir. 2014-ci ildə vərəmdən ölən 1,5 mln. insandan 400 minində İİV infeksiyası aşkar olunub. Halbuki keçən il İİV-dən ölənlərin sayı 1,2 mln. təşkil edib. Dünyada qeydə alınan vərəm daşıyıcılarının yarıdan çoxu (54%) Çin, Hindistan, İndoneziya, Nigeriya və Pakistanda qeydə alınıb".
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol