• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Rusiya mütəxəssisləri birgə məruzə hazırlayıblar

Azərbaycan və Rusiya mütəxəssisləri birgə məruzə hazırlayıblar
29.10.2015 18:19
"Rossiya seqodnya" Beynəlxalq multimedia mətbuat mərkəzində təşkil olunmuş Moskva-Bakı videokörpüsü çərçivəsində məruzənin təqdimatı keçirilib.

Sputnik Azərbaycan beynəlxalq informasiya agentliyi sputnik.az portalında Azərbaycan və rus dillərində «Parlament seçkiləri» bölməsini oxuculara təqdim edib. Burada ölkədə 2015-ci ilin parlament seçkilərinin ən mühüm xəbərləri toplanıb. Bölmədə seçkiqabağı tədbirlərin bütün mərhələləri barədə məlumatları və Azərbaycanda seçki ərəfəsində ictimai-siyasi durum haqda şərh və təhlilləri yerləşdirilib.

Sputnik Azərbaycan bununla yanaşı "Azərbaycan seçkilər ərəfəsində: iqtisadiyyat, siyasət, inteqrasiya" adlı məruzənin hazırlanmasına cəlb edilmiş Azərbaycan və Rusiya siyasətşünas, iqtisadçı və KİV nümayəndələrindən ibarət qrupda iştirak edib. "Rossiya seqodnya" Beynəlxalq multimedia mətbuat mərkəzində təşkil olunmuş Moskva-Bakı videokörpüsü çərçivəsində məruzənin təqdimatı keçirilib.

Sputnik Azərbaycan-ın baş redaktoru Gülnarə Məmmədzadə videokörpüdə deyib: "Sputnik Azərbaycan ölkənin əsas KİV-lərind’n biri kimi seçki kampaniyasını hərtərəfli və geniş işıqlandırır. Bizim imkanlarımız və təcrübəmiz bunu bir qədər başqa cür, seçkilər barədə xüsusi məruzə formatında etməyə şərait yaradır. Bu məruzədə ölkədəki seçkiqabağı vəziyyət və qarşıdan gələn parlament seçkilərinin ölkənin inkaşıfına təsiri təhlil edilir".  G.Məmmədzadə həmçinin, məruzənin hazırlanmasında Azərbaycan ekspertlərinin dəfələrlə Sputnik Azərbaycanın materiallarına müraciət etdiklərini vurğulayıb.

Azərbaycanda parlament seçkiləri 2015-ci il 1 noyabr tarixində keçiriləcək.

Mərkəzi seçki komissiyası tərəfindən 1200 nəfərdən çox adam namizəd kimi qeydə alınıb. Seçki günü səsverməni təxminən 60 min yerli və 500 xarici müşahidəçi izləyəcək.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri  özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol