• $
  • €
  • ₽
  • ₺
  • £

Allahşükür Paşazadə patriarx Kirill ilə görüşdü

Allahşükür Paşazadə patriarx Kirill ilə görüşdü
30.10.2015 16:50
Rusiya paytaxtında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill ilə görüşüb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
 
Patriarx Kirill Moskva patriarxlığı ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib: "Heç bir xarici təsir Azərbaycan və Rusiya xalqlarının xoş münasibətlərini poza bilməz. Bu işdə Qafqazın dini lideri kimi sizin rolunuzu xüsusi qeyd etmək istərdim. Siz daim düşünülmüş mövqeyinizlə həm pravoslav xristianlara, həm də müsəlmanlara problemlərinin həllində yardımçı olursunuz. Əminəm ki, budəfəki görüş də xalqlarımız və dindarlarımız üçün faydalı olacaq”.
 
Patriarx xüsusi qeyd edib ki, Yaxın Şərqdə baş verən hadisələr Rusiyanın din xadimlərini çox ciddi narahat edir. Beynəlxalq terrorçuluqla mübarizə sayəsində müsəlman və xristianların səylərini birləşdirəcəyinə ümid etdiyini vurğulayan patriarx Kirill Dağlıq Qarabağ münaqişəsinin sülh yolu il həll olunmasında din xadimlərinin rolunu vurğulayıb: "Sizin bu istiqamətdə sülhməramlı fəaliyyətinizi yüksək qiymətə layiqdir və bu işdə sizi hərtərəfli dəstəkləməyə hazıram”.  
 
A. Paşazadə isə qeyd edib ki, böyük rus xalqının nüfuzlu din xadimlərinin məsləhətlərinə daim ehtiyac var. Şeyxülislam Azərbaycan və Rusiya arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdırıb. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində pravoslav dünyasının nüfuzlu şəxsiyyətlərindən olan patriarx Kirillin vasitəçilik missiyasına böyük ümid bəslədiyini söyləyib. Yaxın Şərqdə, xüsusilə də Azərbaycanın sərhədlərinə yaxın ölkələrdə, İraq və Əfqanıstanda terror təhlükəsinin yüksək olduğunu qeyd edən QMİ sədri bu ölkələrdən Avropaya üz tutan milyonlarla qaçqın və köçkünün taleyindən narahatlıq ifadə edib. A. Paşazadə Azərbaycanın da Qarabağ problemi, bir milyondan artıq qaçqın və köçkünü olduğunu, buna dünya ictimaiyyətinin biganə qaldığını vurğulayıb: "Siz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edən başlıca şəxslərdən birisiniz. Buna görə Azərbaycan xalqı adından sizə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, sizin də səyləriniz nəticəsində həm Yaxın Şərqdəki problemlər, həm də Dağlıq Qarabağ problemi tezliklə öz həllini tapacaq. Ümid edirik ki, xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə nizama salınacaq. Mən bu münaqişənin həllində şəxsən sizin rolunuza ümid bəsləyirəm. Mən həmişə sizin yanınızdayam”.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol