• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Əliyev küçəsi təmirə bağlanır

Mikayıl Əliyev küçəsi təmirə bağlanır
31.10.2015 13:18
Küçədə nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitənədək tam olaraq məhdudlaşdırılır

Nizami rayonu Mikayıl Əliyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq noyabrın 2-də səhər saatlarından həmin küçədə nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitənədək tam olaraq məhdudlaşdırılır.
 
"Azəryolservis" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, nəqliyyat vasitələrinin hərəkətinin tam olaraq məhdudlaşdırılması Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında olan hissəsində aparılacaq. Həmin kəsişmələrdə yerləşən dairələrdə nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir məhdudiyyət olmayacaq.
 
Təmir-tikinti işlərinin aparıldığı hissənin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir. Artıq ərazidə səth sularının normal kənarlaşdırılması üçün yeni  yağış-kanalızasiya sistemi yaradılıb, yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.
 
Bundan başqa ərazidə köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi işləri də yekunlaşıb. Küçə boyu 1700 paqonmetr yeni səki daşı düzülüb. Piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə 1,5 metr enində yeni səkilər salınıb.
 
Təmir-tikinti işləri çərçivəsində küçənin 36500 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək və yolun işıqlandırılması üçün hər iki tərəfdə yeni və müasir işıq dirəkləri quraşdırılacaq.
 
İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. Təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatçılığı görə, Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir.



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol