• $
  • €
  • ₽
  • ₺
  • £

Mətbuat Şurasında “qaynar xətt” fəaliyyətə başladı

Mətbuat Şurasında “qaynar xətt” fəaliyyətə başladı
01.11.2015 09:34
 Azərbaycan Mətbuat Şurasının (MŞ) (012) 441 35 96, (012) 441 35 30 telefon, həmçinin (050) 534 93 26 və (055) 201 99 26 mobil nömrələri 1 noyabr parlament seçkiləri ilə əlaqədar olaraq "qaynar xətt” rejimində fəaliyyətə başlayıb.
 
Bu barədə "Report”a MŞ-dən məlumat verilib.

Peşə fəaliyyətini yerinə yetirən jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda həmin nömrələrə zəng etməklə məlumat verə bilərlər. Şura bu gün işini Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, habelə digər müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində quracaq və seçkini işıqlandıran jurnalistlər üçün hər hansı maneə yaranacağı təqdirdə çətinliyin dərhal aradan qaldırılması istiqamətində zəruri tədbirləri reallaşdıracaq.

Bundan başqa, MŞ İdarə Heyətinin üzvləri jurnalistlərin seçkini işıqlandırmalarının monitorinqini aparacaq. Onlar istər paytaxtda, istərsə də ölkəmizin müxtəlif bölgələrindəki seçki məntəqələrində kütləvi informasiya vasitələrinin təmsilçilərinə yaradılmış şəraitlə tanış olacaqlar. Prosesə, həmçinin Şuraya üzv mərkəzi və regional KİV-lərin əməkdaşları da cəlb olunub. Monitorinqin 125 seçki dairəsinin mütləq əksəriyyətini əhatə etməsi nəzərdə tutulub.

Mətbuat Şurası gün ərzində saat 11.00-da, 14.00-da 17.00-da və 19.00-da həm "qaynar xətt”in fəaliyyəti, həm də Şuranın İdarə Heyətinin apardığı müşahidələrin nəticələri əsasında məlumat bülleteni yayımlayacaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol