• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda evlərini su basan ailələr geri qayıdır

Lənkəranda evlərini su basan ailələr geri qayıdır
05.11.2015 15:41
Lənkəranda sel zamanı su basmaya məruz qalmış ailələr öz evlərinə qayıdırlar.

Bunu Trend-ə açıqlamasında Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev deyib. Onun sözlərinə görə, buna baxmayaraq daşqınlar zamanı dağılmış köhnə evlərin sakinləri hələ də başqa yerlərdə məskunlaşıb. Daşqınlar nəticəsində ümumilikdə rayon ərazisində 1500-dən çox evi su basdığını, 500-dən çox ailənin təxliyyə olunduğunu deyən Ə.Əliyev ziyanın miqyasını da açıqlayıb: "Köhnə evlərdə suyun təsirindən çatlar əmələ gəlib. Ümumilikdə daşqınlar 3 avtomobil və 7 piyada körpüsünü dağıdıb, 3 körpünü qəzalı vəziyyətə salıb. Dağ kəndlərinə gedən yollarda 10-dan çox ev sürüşməyə məruz qalıb”.

Şöbə müdiri selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aparılan işlərə toxunaraq bildirib ki, bununla bağlı İcra Hakimiyyətində Komissiya yaradılıb: "Rayon Fövqəladə Hallar Komisiyası və İcra Hakimiyyəti birgə tədbirlər görmək barədə tədbirlər planlaşdırıb. Daşqınların zərərini minimuma endirmək üçün daxili imkanlar hesabına bütün texnikalar əraziyə səfərbər olunub. Ağır texnikalar dağ kəndlərinə göndərilərək ətraf aləmlə əlaqəsi kəsilən kəndlərin yollarını açıb. Ailələrə yaşamaq üçün təhlükəli olan evlərə qayıtmamaq tövsüyə olunub”.

Qeyd edək ki, oktyabrın 30-da Lənkəran da daxil olmaqla cənub zonasının bir sıra rayonlarında leysan yağışları yağıb. Leysan təsərrüfat və evlərə ciddi ziyan vurub.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol